BolgeXeber.Com » Xəbərlər » Erməni idmançını məğlub edən Tərtər boksçusu Avropa birinciliyində bürünc medal qazanıb
Erməni idmançını məğlub edən Tərtər boksçusu Avropa birinciliyində bürünc medal qazanıb
29-09-2017, 09:44
Oxunub: 3 957
Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən, 32 ölkədən 260 boksçunun qatıldığı Avropa birinciliyində Tərtər rayonundan olan idmançı Murad Allahverdiyev bürünc medala layiq görülüb
Bolgexeber.com xəbər verir ki,yarışda Tərtər rayonundan iki idmançı - Murad Allahverdiyev və Elşən Cəbizadə Azərbaycanı təmsil edib. 75 kiloqram çəki dərəcəsində çıxış edən Murad Allahverdiyev birinci döyüşdə Moldovadan, ikinci döyüşdə isə Çexiyadan olan idmançılara qalib gəlib. Dörddəbir finalda erməni idmançını məğlub edən Murad yarımfinalda Bolqarıstandan olan boksçuya məğlub olaraq, üçüncü yerlə kifayətlənib. Muradın məçqçisi Tərtər rayon Uşaq Gənclər İdman Məktəbinin müəllimi Faiq Məmmədovdur.
Qələbə ilə geri dönən Murad rayonda böyük coşqu ilə qarşılandı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc idmançını qazandığı qələbəyə görə təbrik edərək, onu qiymətli hədiyyə ilə təltif etdi.





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər