BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası” nın növbəti dərsi keçirilmişdir
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası” nın növbəti dərsi keçirilmişdir
25-11-2017, 12:14
Oxunub: 4 085
24.11.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev Akademiyası” nın növbəti dərsi keçirilmişdir
Bu dəfə dərs Azərbaycan Respiblikasının Prezidenti yanında Bilik Fondu və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Əvvəlcə rayon İcra Hakimiyyətinin I müavini Əslan Səmədov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu ilin fevralında penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamı və Azərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisidir.
Sonra Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Elnur Nuriyev geniş məruzə ilə çıxış etmişdir. Çıxışdan sonra Elnur Nuriyev mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallara cavab vermişdir. Dərs bir saat müddətində davam etmişdir.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər