Hərbi cinayət törədib qaçmış Azərbaycan əsgərinin meyiti Ermənistanın əlindədir
28-11-2017, 13:58
Oxunub: 2 686
"Məndə olan məlumata görə, Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb"
Bu barədə Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu il sentyabrın 27-də Ordubad rayonu istiqamətində itkin düşmüş Azərbaycan əsgəri Cəlilbəyli Pərviz Bəhruz oğlunun axtarışı və sonrakı taleyi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara zamanında müraciət olunub.
"Noyabrın 23-də qarşı tərəf məlumat verib ki, həmin istiqamətdə azərbaycanlı hərbçinin meyiti tapılıb. Meyiti tapılan şəxsin kimliyinin müəyyən olunması ilə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət olunub. Hazırda meyitin qaytarılması üçün danışıqlar gedir. Yaxın günlərdə proseslə bağlı ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti təşkilatlarla birlikdə iş davam edir"-Səmədov bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, əsgər Cəlilbəyli Pərviz Bəhruz oğlu xidmət etdiyi döyüş postunda "hərbi cinayət" törətdikdən sonra qaçıb. Ermənistan tərəfi ötən həftə əsgərin meyitinin neytral zonada, erməni mövqelərinə yaxın ərazidə aşkarlandığını açıqlayıb. Üç hərbçini qətlə yetirməkdə şübhəli bilinən əsgərin hansı şəraitdə vurulduğu məlum deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər