“Binə”də ara qarışdı: Kəbirəni vurub yerə yıxdılar – Təcili
8-12-2017, 15:42
Oxunub: 2 303
“Binə” ticarət mərkəzində ara qarışıb. Bazarın sahibi Kəbirə Məmmədovanın vergi pulu tələb etməsi etirazla qarşılanıb
Bu barədə criminal.az xəbər yayıb ki, K.Məmmədova obyektlərindən birini qarşısındakı reklam lövhəsini təpiklə aşırıb.
Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar. Yaşlı bir qadın sahibkarın bel götürüb Kəbirəni vuraraq yıxdığı iddia olunur.
Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşdirilib. Hazırda aidiyyə üzrə araşdırma aparılır.
Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla “Binə” sahibinə ödəyirlər. Yada salaq ki, Vergilər Nazirliyinin “Binə” ticarət mərkəzi ilə olan problemi hələ də həll olunmayıb.
Satıcıların iddialarına görə, bazarın rəhbəri, sahibkar Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib.
Hətta bir müddət əvvəl keçmiş vergi naziri Fazil Məmmədovun Kəbirə Məmmədova haqqında vergi cinayətinin açılması ilə bağlı göstəriş verdiyi xəbəri yayılmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər