Bərdədə akademik Zərifə Əliyevanın 95 illiyi ilə bağlı tədbir keçirilib
24-04-2018, 19:26
Oxunub: 3 020
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə Dövlət Rəsm Qalereyasında akademik Zərifə Əliyevanın 95 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan qalereyanın direktor əvəzi Səidə Yusifova Zərifə Əliyevanın keçdiyi ömür yolundan bəhs edərək onun oftalmologiya elminin inkişafında eləcə də, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük əməyi olduğunu vurğulayıb.
Çıxış edənlərdən Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Kəmalə Əsgərzadə öz çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirib.
Sonra Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova Zərifə xanımı Azərbaycan xalqının sərvəti kimi qeyd edərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğulayıb.
Bolgexeber.com







Sonda məktəbli şagirdlər tərəfindən kompozisiya nümayiş olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər