Hacıqabulda Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbir
2-05-2018, 16:24
Oxunub: 3 272
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 30 aprel 2018-ci il tarixli Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən 02.05.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan tarixini yazan dahi” adlı Elmi-praktik konfrans keçirildi
Tədbirdə mədəniyyət və təhsil işçiləri, 2 və 7 saylı məktəbin şagirdləri iştirak etdilər. Konfransı giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, geniş məruzə ilə çıxış etdi, həmçini, Ulu öndərin 95-ci ildönümü münasibəti ilə Mərkəz tərəfindən keçiriləcək tədbirlər haqqında məlumat verdi.Sonra Mərkəzin baş fond mühafizi Bahar Abasova, Mərkəzin bələdçisi Aytən Mustafazadə və 2 saylı tam orta məktəbin müəllimi Naibə Ələkbərova çıxış etdilər.Tədbirin sonunda “Şəxsiyyət” sənədli filminə tamaşa edildi.
Günün ikinci yarısında Navahı qəsəbə və 9 saylı tam orta məktəbin müəllim və şagird kollektivi Hacıqabul rayon Heydər Əliyev Mərkəzində oldular.Mərkəzin bələdçisi Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla qonaqları tanış etdi. Sonda “Əbədiyyət yolu” sənədli filminə tamaşa edildi.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər