“Hollywood Cinema Club”un sahibi cərimələndi - sakinləri narahat etdiyi üçün
6-02-2020, 10:51
Oxunub: 3 129
"Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bina sakinlərdən birinin şikayətləri var və bunun səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə anlaşılmazlıqdır.
E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir:
"O ki, qaldı vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddiallara, bunlar əsassızdır. Daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamentinə müraciət olunub.
Tərəfimizdən araşdırmalar davam etdirilir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər