BolgeXeber.Com » Xəbərlər » Yasamal polisi karantin rejiminə ciddi nəzarət edir-FOTO

Yasamal polisi karantin rejiminə ciddi nəzarət edir-FOTO

23-04-2020, 20:34
Oxunub: 12 435 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 
 
BÖLGƏ TV xəbər verir ki, gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin və Yasamal  Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri,Yasamal rayonunun 20 yanvar dairəsində və  bir sıra küçə və prospektlərində postlar qurulub. BÖLGƏ TV-nin əməkdaşları  Yasamal rayon Polis İdarəsinin rəis heyətinin şəxsən ərazilərdəki postlara  baş çəkərək vəziyyətə nəzarət etdiklərinin şahidi olublar.
Yasamal Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin inspektoru polkovnik-leytenant Samir Əliyevinin BÖLGƏ TV-yə bildirdiyinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları postlardan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.

Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbirlər görülür. Həmçinin Yasamal rayon ərazisində hərəkət edən ictimai vasitələrinə də ciddi nəzarət edilir,marşrutlarda yoxlamalar aparılır,küçəyə çıxmağa SMS icazəsi olmayan və karantin rejimini pozan  vətəndaşlar müəyyən edilərək cərimə olunur  və ya onlar haqda müvafiq tədbirlər görülür.
 
 Bundan başqa polislər  vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.
 Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
BÖLGƏ TV