BolgeXeber.Com » Xəbərlər » Lənkəranda dezinfeksiya işləri daha da gücləndirilib-FOTOLAR

Lənkəranda dezinfeksiya işləri daha da gücləndirilib-FOTOLAR

28-05-2020, 09:04
Oxunub: 2 608 Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya təhlükəsi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində karantin müddətini mayın 31-ə qədər uzatması ilə bağlı qəbul etdiyi qərardan sonra  Lənkəran şəhərində təmizlik-dezinfeksiya tədbirlərinə və karantin rejiminin tələblərinə əhali tərəfindən riayət olunmasına diqqət daha da artırılıb.
 
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi  texnikaları vasitəsilə şəhərin 35 prospekt  və küçələrinin habelə  koronavirus epidemiyasının yayıldığı  ehtimal edilən 3 kənddə :
Şağlaser, Şilavar və Digah  kəndlərinin  yolları şəhər icra hakimiyyətinin şəhər təsərrüfatına  aid xidmət   təşkilatlarının və eləcə də  Gigiyena Və Epidemiologiya Mərkəzinin Lənkəran şöbəsinin texniki avadanlıqları ilə park və meydanlar, çoxmənzilli yaşayış binalarının həyətləri , binaların girişləri , liftləri xüsusi dərman preparatları ilə yuyularaq  növbəti dəfə dezinfeksiya olunub. 

Lənkəran İcra başçısı Taleh Qaraşov tez-tez əhali arasında çəxsən maarifləndirmə işləri aparır və karantin dövründə sakinlərə öz tövsiyyələrini verir.
 
Bolgexeber.com-un məlumatına görə mayın 31-ə qədər rayonun bütün yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri və karantin-sanitariya qaydalarının əhali arasında geniş təbliği ilə bağlı izahat işləri davam etdiriləcəkdir. Hazırda Lənkəranda koronavirusla bağlı vəziyyət nəzarət altındadır.