Kamran Əliyev Türkiyənin ölkəmizdəki səfiri ilə görüşdü
3-07-2020, 17:19
Oxunub: 1 872
İyulun 3-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Türkiyə Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Bu barədə Bolgexeber.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Türkiyə arasında ənənəvi dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.
Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamı ilə ifadə edildiyi, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.
Baş prokuror dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq cinayətkarlıqla mübarizədə, xüsusən də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, habelə Türkiyə Respublikasının ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulamaqla prokurorluq əməkdaşlarının ümumi peşə hazırlığının artırılması və təcrübə mübadiləsinin aparılması məqsədi ilə Türkiyə dövlətinin müvafiq qurumları və təhsil müəssisələri ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verildiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Erkan Özoral ikitərəfli münasibətlərə toxunaraq Türkiyənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb, dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi,xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verməsini xüsusi qeyd edərək ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılıb.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm