BolgeXeber.Com » Xəbərlər » Balakəndə digərlərinin sağlamlığına təhlükə yaradan COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb
Balakəndə digərlərinin sağlamlığına təhlükə yaradan COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb
10-12-2020, 10:46
Oxunub: 2 656
Balakəndə koronavirus infeksiyasına yoluxmuş ər və arvadın karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk etdikləri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, rayonun Qullar kənd sakinləri - İlqar Taralov və Ruqiyyə Taralovaya COVID-19 virusuna yoluxduqları üçün evdə müalicə təyin edilib və sanitar-karantin rejimi qaydalarına riayət etmələri tapşırılıb. Lakin onlar qaydalara biganə yanaşaraq yaşadıqları ünvanları tərk etməklə ətrafdakıların da sağlamlığı üçün təhlükə yaradıblar. Həmin şəxslərin rayonun Gərəkli kəndi ərazisində olduqları müəyyən olunub və həkimlərin də iştirakı ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İ.Taralov və R.Taralova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər