Koronavirus xəstələrinin adı niyə 14 gündən sonra sistemdən çıxarılır? (RƏSMİ)
19-12-2020, 09:30
Oxunub: 2 226
TƏBİB adı koronaviruslu xəstə kimi elektron məlumat bazasına daxil edilən şəxslərin test nəticəsinin pozitiv aşkarlandığı tarixdən 14 gün sonra sistemdən avtomatik çıxarılması məsələsinə aydınlıq gətirib.
TƏBİB-dən bildirilib ki, hazırda vəziyyəti yüngül, orta olan, eyni zamanda xəstəliyi asimptomatik keçirən xəstələr ev şəraitində müalicə olunur. Buna görə də yalnız ev şəraitində müalicə olunan xəstələrin adları 14 gündən sonra avtomatik olaraq sistemdən çıxarılır və sağlam insan hesab edilirlər:
"Sistemdən çıxarılmamışdan əvvəl xəstədən test müayinəsi götürülmür. Əgər kimsə özünün tam sağalmadığını güman edirsə, özündə şübhəli simptomlar müşahidə edirsə, o zaman ödənişli əsasla yenidən test verə bilər”.
TƏBİB-dən o da bildirilib ki, xəstəxana şəraitində müalicə olunan xəstələr test nəticəsi neqativ çıxdıqdan, yəni sağaldıqdan sonra evə buraxılırlar. Onlar xəstəxanadan evə buraxılana qədər sistemdə koronavirus xəstəsi kimi qeyd olunur və müşahidə altında saxlanılırlar.
Qeyd edək ki, COVİD-19 virusuna yoluxmuş şəxslərin sağalma müddəti fərqli ola bilər. Bəzi şəxslər 14 günədək sağaldıqları halda, bəziləri üçün bu müddət daha uzun 14 gündən çox ola bilər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər