BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

17-02-2021, 15:10
Oxunub: 1 482 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

Azərbaycanda indiyədək ümumilikdə 233644 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir.

Ölkədə son sutka ərzində 7 915, hazırkı dövrədək isə 2 571 016 test aparılıb.