BolgeXeber.Com » Xəbərlər » Daha bir marşrut xətti “Bakı Bus”a verildi

Daha bir marşrut xətti “Bakı Bus”a verildi

19-04-2023, 12:04
Oxunub: 1 288
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin sakinlərinə “Bakı Bus” MMC-yə məxsus avtobuslar xidmət göstərəcək.

Bolgə.TV xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli bildirib.

“Bununla da qəsəbənin 50 000 nəfərə yaxın sakininin ictimai nəqliyyata əlçatanlığı təmin ediləcək. 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilərək "Sahil" metro stansiyasından Sahil qəsəbəsinə müəyyən edilib", - deyə o qeyd edib.