BolgeXeber.Com » Xəbərlər » Xankəndi-Laçın yolunda sülhməramlıların 50 avtomobili maneəsiz keçdi

Xankəndi-Laçın yolunda sülhməramlıların 50 avtomobili maneəsiz keçdi

24-04-2023, 16:32
Oxunub: 1 080
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 50-yə çatıb.