BolgeXeber.Com » Xəbərlər » Bu gün ilk Qədr gecəsidir

Bu gün ilk Qədr gecəsidir

28-03-2024, 10:52
Oxunub: 552
Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.

İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.