Leyla Əliyeva növbəti dəfə YouTube veb-saytında...
8-12-2012, 19:20
Oxunub: 6 430
Bütün dünyada populyar olan YouTube veb-saytında Leyla Əliyevanın rəsmi səhifəsi yaradılıb. AzərTAc xəbər verir ki, bütün dünyada populyar olan YouTube veb-saytında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, “Baku” beynəlxalq jurnalının baş redaktoru, İDEA ekoloji kampaniyasının təsisçisi Leyla Əliyevanın rəsmi səhifəsi (http://www.youtube.com/user/LeylaAliyevachannel) yaradılıb.
Orijinal kontentdə L.Əliyevanın 2007-ci ildən başçılıq etdiyi ictimai təşkilatlar və hərəkatlar çərçivəsində onun çoxşaxəli fəaliyyətini işıqlandıran 100-dən çox videoçarx, həmçinin iştirak etdiyi müxtəlif konfranslardan, xeyriyyə tədbirlərindən və görüşlərdən videosüjetlər yerləşdirilib.
Qeyd etmək lazımdır ki, Leyla Əliyevanın səhifəsində onun öz şeirləri ilə müşayiət olunan animasiyalı videoçarxlar da yerləşdirilib.
Səhifə L.Əliyevanın Azərbaycan, ingilis və rus dillərində ən təzə videçarxları ilə yenilənəcək.
Xatırladaq ki, 2005-ci ilin fevral ayında yaradılmış YouTube veb-saytı milyonlarla istifadəçinin əvvəllər hazırlanmış videoçarxları tapmasına, onlara baxmağa və bölüşməyə imkan verir. Orijinal kontent yaradanlar və reklam verən şirkətlər üçün yayım platforması kimi xidmət edən YouTube veb-saytı bütün dünyada şəbəkə istifadəçilərinin ünsiyyət saxlamaq, məlumatlanmaq və ilham mənbəyi rolu oynayan bir forumdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər