BolgeXeber.Com » Siyasət » Gülər Əhmədovanın Moskva “plan”ı baş tutmadı

Gülər Əhmədovanın Moskva “plan”ı baş tutmadı

10-12-2012, 10:55
Oxunub: 3 928 MTN-nin xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi, polkovnik Ramin Nağıyev tərəfindən Avrasiya.net-ə sabiq millət vəkili Gülər Əhmədova olayı ilə bağlı yeni şok sənədlər daxil olub. MTN-nin xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi, polkovnik Ramin Nağıyev tərəfindən Avrasiya.net-ə sabiq millət vəkili Gülər Əhmədova olayı ilə bağlı yeni şok sənədlər daxil olub.

Aldığımız məlumata görə, fəaliyyəti dayandırılan ABU-nun Fransada məskunlaşan sabiq rektoru Elşad Abdullayev sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı rüşvət qalmaqallı videogörüntünü yaydıqdan sonra G.Əhmədova özünü müdafiə məqsədilə bir neçə vasitəyə əl atıb.
R.Nağıyevin göndərdiyi sənədlərdən aydın olur ki, bu vasitələrdən biri də G.Əhmədova ailəvi dostlarından biri Sara Heydərovanın köməyindən yararlanmaq istəyib.
Onu da qeyd edək ki, S.Heydərova “KQB”-nin III bölməsinin rəisi olan, 1990-cı ildə dünyasını dəyişən Rövşən Heydərovun qızıdır.
Sən demə G.Əhmədova S.Heydərovanın köməkliyi ilə E.Abdullayevin yaydığı videonun saxta olmasının sübut etmək üçün Moskvada bir neçə ünvana ekspertizaya verib.
Lakin bağladığı müqavilələrə baxmayaraq, G.Əhmədova pul vermədiyindən heç bir ekpertizanın cavabını almayıb. Çünki cavablar onu qane etməyib.
G.Əhmədova S.Heydərovanın köməkliyi ilə ünvanı Sankt-Peterburqda olan “Foreneks” MMC-nə etdiyi müraciət və bağladığı müqaviləni əldə edən R.Nağıyev onu redaksiyamıza göndərib.
R.Nağıyevin redaksiyamıza göndərdiyi sənədlərdən məlum olub ki, müqaviləni G.Əhmədovanın əvəzinə “köməkçisi” S.Heydərova və MMC-nin rəhbəri Qerman Nikolayeviç Zubov imzalayıb. Aydın olub ki, E.Abdullayevin video görüntüsünü ekspertiza etmək üçün G.Əhmədova üzərinə “Foreneks” MMC-ə 67 min rubl ödəmək öhdəliyi götürüb. Lakin ekspertiza həmin videonun saxta olmadığını dedikdə, G.Əhmədova pulu ödəməkdən imtina edib.
Amma avans olaraq S.Heydərova MMC-yə 15 min rubl ödəyib (hesab N 35/12. 09.10.2012). Bu addım isə həmin MMC-ni ələ almaq demək olub.
Redaksiyamıza daxil olan sənədlərdə 67 min rublun ödənilməli olduğu hesab nömrəsi, S.Heydərovanın Q.N.Zubova ünvanladığı məktub (05.10.2012, AZEM 08045123) və digərləri var.
Onu da bildirək ki, G.Əhmədova ekspertiza ilə bağlı 5-6 belə ünvana müraciət edib. Amma cavablar onu qane etmədiyinə bağladığı müqavilələri pozaraq, onlara pul ödəməyib. G.Əhmədova və onu dəstəkləyən qüvvələrin əsas məqsədi bu videogörüntünün saxta olmasına nail olmaq olub ki, bunu əsas götürərək sonra göstərilənlərin də saxta olduğu iddia edilsin.