Prezident İlham Əliyev müəssisəni işə saldı
4-03-2013, 16:55
Oxunub: 5 049
Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyinin açılışında iştirak edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ardıcıl olaraq davam etdirilir. Ölkə həyatının bütün sahələrində ayrı-ayrı infrastruktur layihələri uğurla icra olunur. Paytaxtda və regionlarda sosial layihələrlə yanaşı, ölkəmizin iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edən ayrı-ayrı sənaye müəssisələri inşa edilir, yeni-yeni istehsalat sahələri yaradılır. Bütün bunlar qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, həm də yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətlidir. Digər sahələrdə olduğu kimi, dövlətimizin başçısının göstərişi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Qeyd edək ki, sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq "Paris Kommunası" adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma zavodunun bir hissəsi sökülüb, Zığ şosesi yaxınlığında "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi adlanan yeni müəssisə inşa olunub. İnşaat işləri 2011-2012-ci illərdə həyata keçirilib.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi ilə tanış oldu.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılıb.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı.
Dövlətimizin başçısı müəssisənin ayrı-ayrı sexlərində oldu. Bildirildi ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunub, müvafiq kommunikasiya xətləri çəkilib, lazımi infrastruktur yaradılıb. Bundan başqa, ərazidə böyük həcmdə sahilbərkitmə işləri görülüb, ümumi uzunluğu 1400 metrə yaxın olan yanalma körpüləri və dalğaqıran inşa edilib. Bu körpülərdə, eyni zamanda, iriölçülü 8 gəminin təmirə dayana biləcəyi bildirildi.
Prezident İlham Əliyev "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzdi, yaradılan şəraitlə yaxından tanış oldu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər