BolgeXeber.Com » Siyasət » Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix açıqlandı

Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix açıqlandı

14-10-2021, 16:32
Oxunub: 2 680 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Bolgexeber.com "HaberGlobal”a istinadən xəbər verir ki, səfər noyabrın 8-də Qarabağ zəfərinin birinci ildönümü çərçivəsində baş tutacaq.

"Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, - məlumatda bildirilib.