BolgeXeber.Com » Siyasət » Boaz Levi İlham Əliyevə məktub göndərib

Boaz Levi İlham Əliyevə məktub göndərib

13-05-2023, 12:09
Oxunub: 1 360
İsrailin “Israel Aerospace Industries” şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bolgə.TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, Prezident İlham Heydər oğlu Əliyev!

“Israel Aerospace Industries” şirkətinin kollektivi adından və şəxsən öz adımdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Heydər Əliyevin Azərbaycanın və regionun inkişafına verdiyi töhfələr ölçüyəgəlməzdir. Onun dövlətçilik irsi yeni nəsil liderləri və vətəndaşları ilhamlandırmaqda davam edir. Ulu Öndərin uzaqgörən liderliyi, xalqına olan davamlı sadiqliyi, eləcə də müxtəlif sahələrdəki müstəsna nailiyyətləri Azərbaycana və regiona çox əhəmiyyətli təsir göstərmişdir.

“Israel Aerospace Industries” şirkəti olaraq biz ölkələrimiz arasında möhkəm dostluğu və əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edir və ölkələrimizin qarşılıqlı səmərəli mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiq qaldığımızı bildiririk. Biz ölkələrimiz üçün daha parlaq və daha təhlükəsiz gələcək qurmaq məqsədilə birlikdə işləməyə davam etməyə ümidvar olduğumuzu bildiririk.

Bu əlamətdar yubiley münasibətilə Sizə bir daha ən səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq. Biz Sizə, Azərbaycan xalqına qarşıdakı illərdə davamlı uğurlar və rifah arzulayırıq.

Hörmətlə,

Boaz Levi

İsrailin “Israel Aerospace Industries” şirkətinin

prezidenti və baş icraçı direktoru".