İsveç Azərbaycanli mühacir ailəni deportasiya edir
20-07-2011, 11:05
Oxunub: 7 281
İsveç hökuməti Azərbaycanda repressiyalar olduğunu əsas gətirərək, bu dövlətə mühacirət etmiş azərbaycanlı ailənin ölkədən çıxarılması barədə qərar qəbul edib.
APA-nın məlumatına görə, İsveç Qaçqınlar Nazirliyinin qərarı ilə 7 il əvvəl Azərbaycanda «hakimiyyət tərəfindən təqib olunmasını» əsas gətirərək, bu ölkəyə mühacirət etmiş Zərrabi Kərimov, həyat yoldaşı Sülhiyyə Kərimova və övladları Rüstəm və Azad Kərimovlar İsveçdən çıxarılacaq.
Nazirlik bu qərarı qəbul edərkən Azərbaycanda həmin ailənin əsas gətirdiyi diktatura rejiminin olmadığını əsas gətirib.
Nazirliyin ailənin böyük oğlunun universitetdə təhsilini davam etdirə bilməsi üçün 3-cü dünya ölkələri üçün müəyyənləşdirilmiş illik 390 İsveç kronu tələb etməsinə etiraz olaraq Kərimov ailəsi və qohumları nazirliyin qarşısında aksiya keçiriblər.
Əllərində “İsveçin insan haqlarına hörmət edən ölkə olduğunu zənn edirdik”, “Uşaqların günahı nədir, İsveçdə insana qiymət verilirmi?” plakatları tutan Kərimovlar ailəsi və qohumları yarım saat sonra dağılışıblar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər