BolgeXeber.Com » Bölgə » Qazaxda ağzını tikmiş iş adamının səhhəti pisləşir-VİDEO

Qazaxda ağzını tikmiş iş adamının səhhəti pisləşir-VİDEO

23-05-2014, 09:20
Oxunub: 2 666 Bolgexeber.com-a ağzını tikmiş iş adamının xalası, şəhid anası Ülkər Nəsibova tərəfindən şikayət ərizəsi daxil olub.

Belə ki,ərizədə şəhid anası üzünü Prezidentə tutaraq,ondan yardım istəyir.səslənir.Ərizəni sizə olduğu kimi təqdim edirik.

Cənab Prezident!

Mən bir şəhid anası, məcburi köçkün Nəsibova Ülkər Abdulla qızı, Sizə mətbuat və poçt vasitəsi ilə dəfələrlə müraciət etmişəm. Mənim dərdlərimin üzərinə gələn dərd bu dəfə erməni eksterimistləri tərəfindən yox, Hacı İbrahim Nehrəmlinin yetim (Ana və atasını itirmiş) bacım oğlunun başına gətirdiyi fəlakətdir. Belə ki, əlində “Həsən-96″ MTK-dan aldığı mənzillərin bütün sənədləri olan, lakin iki ildir məcburiyyət qarşısında qalıb Qazax rayonuna mənim məskunlaşdığım uşa
q baxçasına pənah gətirmiş, ailəsi və üç körpə övladı ilə birlikdə ora sığınıblar.Necə olur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, General Kamran Əliyev bacım oğlunun haqlı olduğunu deyir, işini Ali Məhkəmənin Plenumuna ünvanlayır və üç ay keçəndən sonra Plenum baş tutur.Plenumda işə laqeyd yanaşılır.

Bu ilin May ayının 18-dən ağzını tikmiş, bacım oğlunun səhhəti günü-gündən pisləşir.Bu acınacaqlı hal heç kəsi maraqlandırmır.Belə olan halda mənim yaralı ürəyim param-parça olur.Axı mən Dövlətimizin müstəqilliyi üçün oğlumu şəhid vermişəm. Niyə bizim məmləkətdə qanunların aliliyinə hörmət edilmir.Ayrı-ayrı fərdlərin maraqları , qanunlarımızdan üstündür? İki ildən artıqdır üç qardaş və ailələri küçələrdə qalıb.Niyə məlumatları sizdən gizlədirlər? İstəyirlər ki, bütün dünya ictimaiyyəti görsün ki, Azərbaycanda nələr baş verir?Beş gündür Qazax Rayon İcra hakimiyyətinin Başçısı Ayaz Əsgərovun qəbulunda olub, bütün sənədləri təkrarən təqdim etmişik. O, bildirdi ki, Rayonun Kuratoruna və Prezident Aparatına məlumat verəcəyəm. Niyə Rayonun Kuratoru və Prezident Aparatı susur?

Bir məcburi köçkün və şəhid anası kimi Sizdən xahiş edirəm ki, məni qəbul edəsiniz!

Əgər mənim müracıətim cavabsız qalsa, may ayının 27-də sürünə-sürünə qəbuluna gələcəm.

Elşad Məmmədov Hacı İbrahimin dediyi fikirlərə münasibət bildirib.Mənə 355000 manat atıb Türkiyədə baş verən mədən qurbanlarına 5000 ABŞ dolları yardım edib və bunu özünə yaxın olan mətbuat vasitəsilə reklam edir. Əgər sən əsl hacısansa, məni üç körpə övladım və ailəmlə küçələrdə qoymazdın?Axı mənim əlimdə qanuni sənədlərim var.




BOLGEXEBER.COM