BolgeXeber.Com » Bölgə » Kürdəmirin icra başçısı səyyar qəbullarını davam etdirir

Kürdəmirin icra başçısı səyyar qəbullarını davam etdirir

23-05-2014, 09:45
Oxunub: 2 770 Mayın 22-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarasu kəndində əhali ilə səyyar qəbulu-görüşü keçirilmişdir.


Bolgexeber.com-a daxil olan məlumata görə,Qarasu kənd inzibati ərazi dairəsinə daxil olan kənd sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.

Qarasu inzibati ərazi dairəsinin nümayəndəsi Elmdar Zülfüqarov və kənd bələdiyyəsinin sədri Allahverən Allahverənov kəndin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar.

Kənd sakinlərinin enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıq verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.

Görüşdə həmçinin bəzi sakinlər şəxsi xahişləri ilə İcra başçısına müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra başçısı Ceyhun Cəfərov dövlətimizin beynəlxalq nüfuzunun gündən-günə artdığını və ölkə iqtisadiyyatının gücləndiyini, qazanılan uğurlar nəticəsində əhalinin maddi rifah halının getdikcə yaxşılaşdığını söylədi, regioların daha da ikişafı üçün qarşıda yeni layihələrin və real proqramların olduğunu bildirdi, bütün kürdəmirliləri cənab Prezidentin ətrafında sıx birləşməyə çağırdı.

İcra başçısı görüşlərdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini söyləyərək cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.



BOLGEXEBER.COM