BolgeXeber.Com » Bölgə » Ucarda «Şəhidlər Xiyabanı»nın ərazisini kimlər satıb?

Ucarda «Şəhidlər Xiyabanı»nın ərazisini kimlər satıb?

23-05-2014, 09:50
Oxunub: 3 378 Rayonda müəllimlərin maaşlarından pul tutulur

Ucar rayonunda məmur özbaşınalığı əsas problemə çevrilib. Hesab edirik, konkret olaraq problemlərdən bəhs edilərsə, bu rayon araşdırmalar üçün əsas problem obyekti sayıla bilər. Məsələ burasındadır ki, respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kəskin aparıldığı bir məqamda rayon rəhbərliyinin burada məmur özbaşınalığına göz yumması və inzibati ərazi vahidini bir neçə məmura etibar etməsi yuxarı dairələrdə də ciddi tənqid olunur. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, burada aparılan abadlıq işlərinə yerli tikinti şirkətləri cəlb olunmur, yalnız rayon məmurlarının özlərinin qohumları bu işləri aparır. Habelə sahibkarlar incidilir, onlara qarşı yerli-yersiz tələblər irəli sürülür, eyni zamanda sakinlərin problemlərinə soyuq münasibət sərgilənir, onlara zülm edilir.

Qeyd edək ki, rayonun icra hakimiyyətində təmsil olunan bəzi şəxslərin fəaliyyətindəki nöqsanlar, eləcə də həyata keçirdikləri işlərlə bağlı ötən saylarımızda geniş məlumat vermişdik. Bununla bağlı yazılan tənqidlərə, yuxarılara ünvanlanan şikayət məktublarına baxmayaraq, Ucarda bəzi məmurlar tutduğu əməllərdən əl çəkmək istəmirlər. Yeri gəlmişkən, rayondakı etibarlı mənbələrdən ayrı-ayrı məmurların törətdikləri fəsadlarla bağlı redaksiyamıza çox maraqlı məlumatlar daxil olub. Mənbənin sözlərinə görə, əhalinin güzəranının ağır vəziyyətdə olduğu rayonda bəzim yüksək vəzifəli şəxslər burada özbaşınalıqlar edirlər. Əvvəlki icra başçısı Arzu Qafurov dörd illik fəaliyyəti ərzində rayonu çökdürmüşdü. Rayonun iqlimi onsuz da, əlverişsizdir, yaşıllıq sahələri azdır. Lakin başçı bunu nəzərə almırdı. Rayonun girişindən düz mərkəzinə qədər bir çox yerlərdə «yaşıl soyqırım» aparılırdı. Sabiq icra başçıçı yol kənarındakı torpaqları müxtəlif iş adamlarına satmışdı. Ən dəhşətlisi isə o idi ki, obyektlərin tikintisi zamanı minlərlə ağac məhv edilmişdi. Rayonun mərkəzi hissəsinə gedən yolun başlanğıcında qanunsuz tikinti işləri aparılmışdı. Ucara yeni təyin edilmiş icra başçısı Yaşar Məmmədov bu qanunsuzluqlara son qoysa da, təəssüf ki, bir müddət sonra yenidən bəzi məmurlar rayonda özbaşınalıqlar etməyə başladılar. Əvvəllər burda çoxlu ağac var idi, ancaq hamısını kəsib doğradılar. Sakinlər belə şeylərə görə dəfələrlə öz iradlarını bildiriblər. Sakinlərin şikayətlərində qeyd olunur ki, son üç ildə rayonda işsizlik səviyyəsi xeyli artıb. Orta yaşlı insanlar birtəhər də olsa özlərinə iş tapırlar. Ali təhsilli gənclər isə iş tapmaqda çətinlik çəkirlər. Rayonda yeni-yeni iş yerləri açılsa da, gənclər öz savadları hesabına ora düzələ bilmirlər. Ona görə ki, bəzi məmurların adamları bütün idarə və müəssisələri zəbt ediblər. Kimin adamı varsa, rahat şəkildə işləyir. Adamı olmayanlar isə Bakıya fəhlə işləməyə gedirlər. Rayonun sosial problemləri o qədər çoxdur ki, artıq camaat başını itirib. Burda yaşamaq çox çətindir. Dövlət idarələrində məmur süründürməçiliyi sakinləri bezdirib. Sakinlərin sözlərinə görə, rayonda ən böyük problemlərdən biri də bəzi obyektlərlə bağlıdır. Ki, qanunsuz, vergisiz ticarətin tüğyan etdiyi məkanlar arasında məmurlara məxsus olan obyektlər də var. Rayonda elə adam tapılmaz ki, restoranların, digər obyektlərin hansı məmura məxsus olduğunu bilməsin. Əldə etdiyimiz digər bir xəbərdə isə vurğulanır ki, rayonun ən məşhur restoranları məmurlarındır. Qeyd edək ki, xüsusən bölgələrdə məmurlar gördükləri işlərlə camaata nümunə olmalıdır. Əgər onlardan kimsə qanunsuz obyekt işlədirsə, onda cəmiyyətə nə xeyirləri dəyə bilər?

Gundelik-baku.com bildirir ki, Ucarın əsas problemlərindən biri də buradakı «Şəhidlər Xiyabanı»nın ərazisinin satılmasıdır. Belə ki, son vaxtlar keçmişdə sakinlər tərəfindən «Yoncalıq» adlandırılan bu ərazinin ayrı-ayrı sahələri vətəndaşlara bir sot üçün 5000 manat müqabilində satılır. Üstəlik, müəllimlərin maaşlarından müxtəlif bəhanələrlə - «maliyyənin yoxlaması gəlib», ya da «rayonda bağça tikiləcək» adıyla pullar tutulur.

gundelik-baku.com