BolgeXeber.Com » Bölgə » Neftçalanın icra başçısından şikayətlər artır

Neftçalanın icra başçısından şikayətlər artır

23-05-2014, 10:05
Oxunub: 3 116 İsmayıl Vəliyevin fəaliyyəti sakinlərin narazılığına səbəb olub.

Neftçala rayonunda vəziyyət gündən-günə ağırlaşmaqdadır.Rayonda bir tərəfdən sosial-iqtisadi gərginlik, digər tərəfdən isə məmur özbaşınalığı daha da kritik həddə çatıb. Məhz həmin səbəblərə görə, rayondan heç də ürəkaçan bir xəbər gəlmir. Əksinə, hər gün yeni-yeni qalmaqalın baş verdiyi deyilir. Sakinlərin sözlərindən də məlum olur ki, Neftçala da məmur özbaşınalığından əziyyət çəkən rayondur. İsmayıl Vəliyevin aşçılıq etdiyi bu kiçik rayonda bəzən elə hadisələr baş verir ki, bunu başqa yerlərdə müşahidə etmək mümkün deyil. Məsələn, bildirilir ki, rayonda bahalı maşın alan şəxs hökmən rayonun bəzi məmurlarının qəzəbilə qarşılaşır. Bütün bunlar bir yana, sakinlərə verilmiş torpaq sahələrindən hansısa məmurun istifadə etdiyini görmək elə də çətin deyil. Rayonda işsizlik baş alıb gedir. Xüsusilə son günlər baş verən bəzi hadisələr isə rayon sakinləri tərəfindən narahatlıqlarla qarşılanır.

gundelik bakı bildirir ki, rayona bir neçə il bundan əvvəl çəkilmiş təbii qaz kəməri məsələsindən xeyli sevinən sakinlər sonradan fasilələrlə verilən mavi yanacağa görə problemlərdən təngə gəliblər. Sakinlərin sözlərinə görə, rayonun ayrı-ayrı idarələrinin rəhbərləri neçə illərdir özbaşınalıqlar etməklə məşğuldur. Son günlər baş verənlər ilk hadisə deyil. Ayrı-ayrı məmurlar bundan əvvəl də Neftçala rayonunun bir neçə sakininin başına müxtəlif cür oyun açıblar. Son günlər baş verənlər hələlik bu sırada növbətidir və son hadisələrin rayonun ayrı-ayrı kəndlərini də əhatə edəcəyi bildirilir. Təəssüf ki, işsizlik, kommunikasiya problemi, məmur özbaşınalığına rayon rəhbərliyinin göz yumması da hamı üçün təəccüblü olub. Problemlərin təcili həll olunmasını tələb edən kənd sakinləri onu da deyirlər ki, rayon rəhbərliyi bu özbaşınalıqlara görə məmurları təcili işdən çıxarmalıdır. Sakinlər bildirirlər ki, əgər vəziyyət belə davam edərsə, vəziyyət heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq. Neftçalalılar deyirlər ki, əgər rayonda baş verən özbaşınalıqların qarşısı alınmasa, o zaman onlar müxtəlif tədbirlərə əl atacaqlar. Çünki camaatın bundan başqa çıxış yolu da yoxdur. Rayonda bir sıra özbaşına işlərə imza atan idarə rəhbərlərindən biri də Neftçala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovdur. Yayılan xəbərlərə görə, dövlət tərəfindən ayrılan vəsaitlər nəzərdə tutulan işlər məsələn, suvarma kanallarında, kollektor - drenaj şəbəkəsində lildən təmizləmə işləri üçün ayrılan pullar idarə rəisi tərəfindən şəxsi büdcəyə köçürülür. Sakinlər bildirirlər ki, rayonda vəziyyətin bu hala düşməsinin əsas səbəbkarlarından biri də icra başçısı İsmayıl Vəliyevdir. Rayon rəhbərinin hansısa səbəblər üzündən məmur özbaşınalıqlarına göz yumması sakinlərin qəzəbinə səbəb olub.