BolgeXeber.Com » Bölgə » Yeni başçı Tərtərdə özünə pulyeri düzəltməyə başlayıb

Yeni başçı Tərtərdə özünə pulyeri düzəltməyə başlayıb

23-05-2014, 11:20
Oxunub: 3 973 Tərtərin yeni icra başçısı artıq rayon mərkəzini sökməyə başlayıb. Belə ki, Tərtərdən daxil olan məlumata əsasən «çiçəyi burnunda» icra başçısı Tərtər şəhər icra nümayəndəsini yanına çağıraraq icra hakimiyyətinin ətrafındakı yolların səkilərinə düzülən tamet üzlüklərin sökülməsini və yeniləri ilə əvəzlənməsini göstəriş verib.

Daxil olan məlumatda həmçinin bildirilir ki, Müstəqim Məmmədov şəhərin mərkəzi küçələrin gəzərək işıq dirəklərinin yaraqşılı olmadığının və mütləq yeniləri ilə əvəzlənməsi gərəkdiyini bildirib. Mənbənin iddiasına görə icra başçısı şəhər icra nümayəndəliyinə və digər müavinlərə bildirib ki, Tərtər şəhərin işıq sisteminin yenidən qurulmasında Yexlax, Bərdə işıq idarələri məşğul olacaq

Qeyd edək ki, artıq keçmiş icra başçılaırının apardığı abalıq və yenidənqurma işlərinin yeni təyin olunan icra başçısı tərəfindən sökülməsi bir ənənə halını alıb. Bununla dövlətə külli miqdarda ziyan vurulsa da yeni təyin olunan icra başçıları öz qazancları üçün köhnə icra başçılarının gördüyü işləri darmadağın edərək yeni abadlıq işləri aparılar. Çünki bu gün icra başçılarının əsas gəlir yerlərindən biri də rayonlarda aparılan abadlıq işləridir. Belə ki, qiymətləri bir neçə dəfə şişirdən icra başçıları abalıq işlərinə sərf olunan vəsaitdən bir neçə dəfə artıq vəsaiti mənimsəyirlər.

Bolgexeber.com pia.az-a istinadən bildirir ki, Müstəqim Məmmədov bu ənənəi pozmayıb və Yevlaxdan topladığı təcrübəsinə əsaslanaraq köhnə iş qaydasını tətbiq edib.

Daxil olan məlumatda göstərilir ki, icra başçısı onda əvvəl Tərtər şəhərinin abadlaşdırılmasına ayrılan 600 min manatlıq işin tender qalibi olan şirkətin rəhbərliyi ilə görüşüb və göstərişlərini verib. İcra başçısı görüşdə ayrılan vəsaitin hamısının abalıq işlərinə sərf olunmasını tələb edib. Mənbə iddia edir ki, Müstəqim Məmmədov Tərtər şəhərininin abadlaşdırılması, təmiri üçün ayrılacaq vəsaitlərə bir müddət əl vurmamaqla və daha çox ona verilmiş göstərişi yerinə yetirməklə göstərilən etimadı doğrulltmağa çalışır. Ancaq buna baxmayaraq rayonda «xoşgəldin» paketlərinin yığımı davam edir. Qeyd edək ki, icra başçısı təyinatından sonra bir çox idarə və müəsissə müdirləri vəzifələrini itirməmək üçün Müstəqim Məmmədova “xoşgəldin” paketlərini təqdim etmişdilər.

Daxil olan məlumata əsasən rayon Suvarma Sistemləri İdarəsi, Subartezan Sistemləri İstismarı İdarəsi, Yol İstismar İdarəsi, Mədəniyyət və turizm İdarəsi, Təhsil İdarəsi müdirləri həmin «xoşgəldin paketləri»nin aktiv iştirakçıları olublar. İndi isə kənd icra nümayəndələri əllərini ciblərinə salmalı olublar.

Hazırda isə kənd icra nümayəndlərinin hər birindən icra başçısına “xoşgəldin” paketi vermək üçün 2000 min manatdan pul yığıldığı bildirilir. Məlumatda qeyd olunur ki, Müstəqim Məmmədov günortadan sonra rayonun kənd sakinləri ilə görüşmək üçün kəndələrə gedir. Görüş bitdikdən sonra isə, vxtını daha çox Yevlaxdan və digər rayonlardan gələn möhtərəm qonaqlarla birlikdə yemək masası arxasında keçirir. Adətən həmin qonaqlarala gecə vaxtı şəhərin mərkəzi küçələrində gəzərək görüləcək, düzəldiləcək işlərlə bağlı arayışlar verir. Artıq Tərtər sakinlərinin yeni icra başçısının qonaqları ilə gecə gəzintilərinə alışdıqları qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…