BolgeXeber.Com » Bölgə » Siyəzən icra başçısı rayonda "bespredel" yaradıb

Siyəzən icra başçısı rayonda "bespredel" yaradıb

23-05-2014, 11:40
Oxunub: 5 035 Siyəzən rayon sakinləri icra başçısı Arif Qasımovun rayonda rəsmən «bespredel» yaratmasından şikayətlənirlər. Xatırladaq ki, keçən günlərdə ikinci qrup əlil Cəbulla Məmmədovun şikayət məktubunu dərc etmişdik və şikayətçi icra başçısının onu ölümlə təhdid etdiyini iddia edirdi. Bu və digər bu kimi faktlar, həmçinin əldə etdiyimiz son məlumat Siyəzəndə 37-ci illərin ab-havasının hökm sürməsindən xəbər verir.

Narazı vətəndaşların bildirir ki, Arif Qasımov ondan «yuxarılara» şikayət edənləri gözümçıxdıya salıb:

«İcra başçısı yerli poçtamta, həmçinin rayondakı bütün internet klub sahiblərinə xüsusi olaraq tapşırıq verib ki, ondan və ümumiyyətlə rayonda baş verən hər hansı hadisədən şikayət xarakterli müraciət və məktubların paytaxta, xüsusən də mətbuata göndərilməsinin qarşısı alınsın. Ona görə də siyəzənlilər dərdlərini ölkə rəhbərliyinə çatdırılma imkanlarından məhrum olublar».

Sakinlər bildirir ki, buna görə də narazı olanların tək yolu Bakıya gələn həmyerlilərinin xidmətlərindən istifadə etsinlər: «Bu da problem yaradıb. Keçən həftə başçının adamları yerli sakinlərdən birini sorğu-suala tutublar. Şübhələniblər ki, rayonla bağlı şikayətləri məhz həmin adam Bakıya çatdırır».

Hər halda, bütün bunlar Arif Qasımovun çox böyük təhlükə içində olmasından xəbər verir. Əgər belə deyilsə, nədən icra başçısı şikayətlərin paytaxta çatdırılmasından bu qədər narahatdır?

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq…