Qaxda naməlum uçan obyekt göründü-VİDEO
23-05-2014, 19:25
Oxunub: 5 701
Qax səmasında naməlum uçan obyekt görünüb
Bolgexeber.com Kanal S-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saat 22 radələrində qeydə alınıb. Obyekti müşahidə edən 13 yaşlı rayon sakini görüntüləri telefonunun yaddaşına köçürüb.
Gecənin qaranlığında səmada parlayan naməlum işıq görənləri heyrətə salıb. Parlaq işıq kütləsi Fıstıqlı kəndinin üzərində peyda olub. Sakinlər hadisəni maraqla izləyiblər. İşıq kütləsi bir müddət sonra böyüyüb, sonra şaxələnib. Bu görüntülər kənd sakini 13 yaşlı Pərvin Məmmədli tərəfindən lentə alınıb. Göründüyü kimi, naməlum obyekt sürətlə hərəkət edir və sonra gözdən itir.
Pərvin gördüklərini şərh etməkdə acizlik çəkir. O, ilk öncə qorxduğunu, daha sonra özündə güc tapıb hadisəni telefonunun yaddaşına köçürdüyünü bildirir. Qeyd edək ki, son vaxtlar Azərbaycan səmasında peyda olan belə halların sayı artıb. Oxşar hadisə bir neçə rayonda da yaşanıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər