Qubada oğurluq etmək istəyən rəis oğlu tutuldu-Video
24-05-2014, 09:40
Oxunub: 5 031
Mayın 21-də Qubanın Zərdabi kənd sakini Azər Ağayevin mənzilinə basqın etməkdə təqsirli bilinən 3 nəfər saxlanılıb.
Bildirilir ki, bu barədə ev sahibi məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən 2-si Abdulrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğlu Quba şəhər sakinləri, 1 isə Qusar sakini Xanbutayev Murad Oruc oğludur. Təqsirləndirlənlərdən Elmar Qarayev Quba rayon polis şöbəsinin sahə rəisi İmran Qarayevin oğludur. Həmçinin digər iki nəfəri də bu əməli törətməyə məhz o təhrik edib.
Zərərçəkən bildirir ki, onlar əməllərini səmimi şəkildə etiraf ediblər. Evə girərkən əllərində dəyənək və digər soyuq silahlar olub. Məqsədləri mənzildəkilərə xəsarət yetirmək olsa da aralarında düşən mübahisə buna imkan verməyib.
Qeyd edək ki, evə basqın etməkdə təqsirli bilinən adıçəkilən şəxslərin saxlanmasını Quba RPŞ-də, o cümlədən Elmar Qarayevin atası polis mayoru İmran Qarayev də təsdiqləyib. Hazırda faktla bağlı araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər