BolgeXeber.Com » Bölgə » Yasamal İcra Hakimiyyəti obyekti olan şəxslərlə əlbir olub pul qazanır

Yasamal İcra Hakimiyyəti obyekti olan şəxslərlə əlbir olub pul qazanır

31-05-2014, 15:05
Oxunub: 2 610 Məlum olduğu kimi, Sovetski küçəsində evlərin söküntü işlərinə başlanılıb.

Son məlumatlara görə, 909 sakinə pul verilib, 96 ev isə sökülüb. Amma bu küçədə əsas problemlərdən biri təkcə hər kvadrat üçün ödənilən məbləğ yox, həm də ticarət məqsədi ilə istifadə olunan obyektlərin sahiblərinə ödəniləcək məbləğdir.

Yasamal İcra Hakimiyyəti daha çox pul qazanmaq həvəsi ilə obyekt sahibləriylə danışıqlara gedib. Hər kvadratı üçün 700 manat təklif olunan obyekt sahiblərinə çatdırılır ki, təcili olaraq həmin tikililərin üzərindəki bütün reklamları götürərək, onun ev halına salınmasına başlasınlar. Ev kimi sənədləşdirilən obyektlərin sahiblərinə hər kvadrat üçün 1500 manat yazan Yasamal İcra Hakimiyyəti, onun sahibinə 1000 manatdan ödəyərək anlaşma əldə edirlər.

Məlumatlara görə, «Sovetski»də hətta avtoyuma yerlərinin sahibləri belə təcili olaraq obyektlərini bağlayıb, onu otaq halına salıblar. Və bununla da uzunmüddət avtoyuma kimi fəaliyyət göstərən obyekt mənzilə çevrilir. Maraqlı olan odur ki, həmin obyektlərin ticari fəaliyyətə dair sənədləri belə var. Amma Yasamal İcra Hakimiyyəti həmin sənədləri anındaca dəyişməyə nail olurlar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.