İsmayıllı rayonunda DYP quldurluqla məşğuldur
28-09-2010, 00:50
Oxunub: 9 253
Vətəndaşlar DYP əlindən zara gəliblər

Bütün sahələrdə rüşvətin olmasını hamımız bilirik. Amma bəzi sahələr var ki, bunlara rüşvət yox, sırtıqlığın son həddi deyirlər. Şikayətlərə əsasən İsmayıllı rayonunda səfər edən əməkdaşlarımızın əldə etdiyi məlumatlara göz gəzdirdikdə insanda çaşqınlıq yaratmaya bilmir.
Deməli İsmayıllı Rayon Dövlət Yol Polisi əməkdaşları səhər toplantısı olmadan düşürlər yolların canına. Kənddən bazara malını satmağa gələn kəndçıdən tutmuş rayona qonaq qismində olan şəxslərə qədər, hamsının “ciblərini yoxlayırlar”. Sənədin düz oldu olmadı “səhər şirinliyi” verməlisən.
Əməkdaşlarımızın DYP əməkdaşları ilə söhbəti zamanı məlum olub ki, yazıq DYP işçilərində günah yox imiş. Deməli Rayonun DYP rəisi Əhməd müəllim bütün əməkdaşlara səhər toplantısına qədər “tas” qoyubmuş. Verilən məlumatlara görə səhər toplantısına qədər deyilən məbləği düzəldə bilməyən polis nəfərləri şəxsi heyyət qarşısında müxtəlif bəhanələr gətirilərək Rəis tərəfindən töhmət alır və ya tənqid olunur . DYP əməkdaşlarıda səhər toplantısında “səhər zəhəri” yeməmək xatirinə nəyin bahasln olursa olsun bu pulu çıxarmaq qərarına gəlir. Və bunu nəticəsidir ki, vətəndaşlar hər səhər haqq verməli olurlar.
Daxil olan bəzi məlumatlarda isə bildirilir ki, Əhməd müəllim öz istəyinə çata bilməyəndə əsəbləri daralır və şəxsi heyyət içində hec nədsən qorxmayaraq bildirir ki, mən bu pulu özüm üçün yiğmiram. Mən də “yuxarılara” verirəm.
P.S. Hər halda biz məlumatı sizlərə catdırdıq. Qaldı ki, Əhməd müəllimin “yuxarılara” pul verməsinə, həəə … biz bu haqda bir söz söyləyə bilmərik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər