Bakıda oğurluqda ad çıxarmış gənc qız həbs edilib
22-11-2011, 14:35
Oxunub: 6 519
Hadisə Nizami rayonunda baş verib
Bakının Nizami rayonunda oğurluqda ad çıxarmış gənc qız həbs edildi. Bakı şəhər Baş polis İdarəsindən milli.az-a verilən məlumata görə, həmin şəxs 21 yaşlı Aytəkin Rəcəbovadır. Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarışda olan A.Rəcəbovanı Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları ötən gün tutublar. A.Rəcəbova gənc olsa da, oğurluq sahəsində kifayət qədər “təcrübə”yə malikdir. Əslən Şamaxı rayonundan olan A.Rəcəbova oğurluğu özünə peşə seçib.
A.Rəcəbova ilk cinayətini yeniyetmə olan zaman törədib. O, Şamaxı rayonunda yaşayan zaman qonşusunun mənzilindən oğurluq etdiyinə görə tutulub. Məhkəmə onun yeniyetmə olmasını nəzərə alaraq, icbari iş verib. A.Rəcəbova məhkəmənin humanist qərarından dərs götürməyərək yenidən əliəyrilik edib. O, 2011-ci ilin əvvəlində Qara Qarayev prospektində yerləşən gözəllik salonuna özünü gözəlləşdirmək adı ilə daxil olaraq saç ustasının telefonunu oğurlayıb.
Aprel ayında tutularaq istintaqa təhvil verilsə də, sonradan qaçıb gizlənib. Bölmə əməkdaşları onu dünən tutaraq yenidən istintaq orqanına veriblər.
Qeyd edək ki, fakt üzrə araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər