BolgeXeber.Com » Bölgə » Gədəbəy Qaz İstismar İdarəsində “sərxoş idarəçilik”

Gədəbəy Qaz İstismar İdarəsində “sərxoş idarəçilik”

9-02-2015, 10:05
Oxunub: 3 877 "Namiq Şirinov dövlətdən qeyri qanuni olaraq əmək haqqı alir"

Gədəbəy rayon Qaz İstismar İdarəsindəki özbaşınalıqlarla bağlı ilginc faktlar daxil olub. Saytımıza verilən məlumatda bildirilir ki, Gədəbəy rayon Qaz İstismar İdarəsinin baş ustası Şirinov Namiq Aydın oğlunun qanunsuzluqları sərhəd tanımır və bu rayonda böyük etiraza səbəb olmaqdadır.

Adıçəkilən şəxs vəzifə səlahiyyətlərindən sui- istifadə edərək 2012-ci ildə “Heydər Əliyev Fondu”nun Gədəbəy rayonunda Şəhid ailələri üçün inşa etdirdiyi binaya heç bir xəbərdarlıq etmədən qaz verilişini dayandırıb. Məlumatda bildirilir ki, Namiq Şirinovun binaya qaz verilişini dayandırmasının yeganə səbəbi onun sərxoşluğu olub. İş başında sərxoşluq isə heç də yaxşı nəticələr verməyib.

Belə ki, bir neçə saatdan sonra həmin binaya qazın verilişi bərpa olunarkən həmin binanın ikinci blok, ikinci mərtəbəsində yaşayan şəhid anası Elfirida Allahverdiyeva Cəlil qızının evi qaz sızması nəticəsində partlamışdır. Həmin partlayışda isə bir neçə nəfər yanaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xəsarət alanlardan ikisi ağır dərəcədə yanmış və onları onları 5 saylı Bakı Şəhər Yanıq Xəstəxanasına götürüblər.

Yanaraq xəsarət alanlardan biri isə “Azərqaz” İB-nin işçisi, ikinci dərəcəli əlil Natiq Bağirov Rəhman oğludur. Həmin şəxsə “Azərqaz” İB-də məhkəmə vastəsilə 6000 manat pul kampesasiyası verilmişdir. Gədəbəy rayon məhkəməsinin qərari ilə hadisənin səbəbkarı Şirinov Namiq Aydın oğluna isə tutuduğu vəzifədən azad olunması və 550 manat dəyərində cərimə ödəməsi haqda qərar çıxarılıb.

Ancaq fakt bundan ibarətdir ki, məhkəmə qərarı ilə vəzifəsindən kənarlaşdırılan Namiq Şirinov 2012 ci ildən bu günə qədər yenə də həmin vəzifəsində işləyir və dövlətdən qeyri qanuni olaraq əmək haqqı alir.

Həmin şəxslə başlı irəli sürülən ittihamlardan biri isə onun qaz çəkilişi üçün ayrılmış boruları Şəmkir rayonunda istixana sahiblərinə satmasıyla bağlıdır. Saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, onun bu əməlləri Gədəbəy sakinlərinin ciddi narazılığına səbəb olur. Bununla bağlı redaksiyamıza şikayət edən bir qrup sakin baş verənləri parlament seçkiləri ərəfəsində həyata keçirilən təxribat kimi dəyərləndirdiklərini deyir: “Bu şəxs əhalini hakimiyyətdən narazı salmaqla məşğuldur. Bütün günü sərxoş vəziyyətdədir və onu “Azəriqaz”da işləyən bir tələbə yoldaşı müdafiə edir. Namiq Şirinov Aydın oğlu 2004 cü ildən Gədəbəy rayon Komunal Müəssələr Kambinatının müdürü işləmiş və həmin idarənin vəsaitini yeyib dağıtdığına görə 2010-cu ildə tutduğu vəzifədən azad edilmişdir. Tələbə yoldaşi “Azərqaz”da işlədiyinə görə onu gətirib burada baş usta vəzifəsinə qoydular”.xeberci.tv

Yazıda adı çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.