Əhəd Abıyev Daşkəsənin "gözünü" necə özəlləşdirib... - FOTOLAR
15-06-2015, 11:37
Oxunub: 4 648
Şikayətçinin israrlı dəvəti ilə əməkdaşlarımız Xoşbulaqda olmuş, dəhşətli mənzərənin şahidi olmuşlar...
"Təzadlar"a daxil olan bu dəfəki şikayət məktubu Daşkəsənin qalmaqallı İcra başçısı Əhəd Abiyevin rəhbəri olduğu rayonda görünməmiş qanundankənar fəaliyyəti barədə idi. Şikayətçi, Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi kimi tanınan Xoşbulaq qəsəbəsində yaşayan M.Səfərov icra başçısının müavini Şahbaz Mehdiyevlə birləşərək rayonun yaylaq ərazilərini fermerlərə sataraq özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abiyevin burada özü üçün görünməmiş mülklər tikməsini və s. yazıb. Prezident cənab İlham Əliyevə ünvanlı müraciətdə Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsini, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəım qəsr tikdirməsini, Xoşbulağın girişindəki gölün kənarında yerləşən qəbirstanlığın qarşısında milli mentalitetə zidd olaraq istirahətxana-restoran yaratmasını, Xoşbulaqdakı Gənclər Mərkəzini özü üçün şəxsi istirahətxana etməsini, buradakı idman meydançasına onun qorxusundan bir nəfər gəncin belə buraxılmamasını və s. də yazmışdır.
Şikayətçinin israrlı dəvəti ilə əməkdaşlarımız Xoşbulaqda olmuş, dəhşətli mənzərənin şahidi olmuşlar... Hazırda geniş yazı çapa hazırlanır.
Şikayət məktubunda, həmçinin Prezident İlham Əliyevə müraciətlə Daşkəsən rayon Polis Şöbəsinin əsaslı təmirinə ayrılmılş vəsaitin tenderə salınmadan (500 min manatdan çox vəsait) müəmmalı xərclənməsi də qeyd olunub.
Təəssüflər olsun ki, məsələyə aydınlıq gətirilməsi üçün RİH başçısı Əhəd Abiyevə dəfələrlə zəng etsək də zəngimizə cavab vermədi. Onun da əsaslandırılmış mövqeyini dərc etməyə hazırıq.
Bizi izləyin!



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər