BolgeXeber.Com » Bölgə » Qusarda 50 qəpiklə milyonçu olan oğullar... - Ziya Məmmədovun adamları addımbaşı pul yığırlar...

Qusarda 50 qəpiklə milyonçu olan oğullar... - Ziya Məmmədovun adamları addımbaşı pul yığırlar...

1-08-2015, 11:51
Oxunub: 1 815 Qusarda 50 qəpiklə milyonçu olan oğullar... - Ziya Məmmədovun adamları addımbaşı pul yığırlar...Əgər avtovağzala daxil olan hər avtomobildən 50 qəpik yığılırsa, o zaman nə üçün təmizliyə, səliqə-sahmana da əməl edilmir? Əgər avtovağzala daxil olan hər avtomobildən 50 qəpik yığılırsa, o zaman nə üçün təmizliyə, səliqə-sahmana da əməl edilmir?

Bildiyimiz kimi, zaman-zaman müxtəlif bayramlarda həm paytaxt Bakıda, həm də bölgələrdə avtovağzallarda sıxlıq yarandığından, qiymətlərin suni şəkildə qaldırılması ucbatından narazılıqlar yaranır. Məlum olduğu kimi, Qanuna əsasən şəhərlərarası sərnişindaşımanın ən son müddəti saat 19:30 nəzərdə tutulub.

Gündəlik Bakı xəbər verir ki, gecə saatlarında avtomobillərin hərəkətlərinin ciddi problem yaratdığı, habelə əksər qəzaların da məhz gecə saatlarında elə avtobuslar tərəfindən törədilməsi belə bir qaydanın tətbiqini zəruri etmişdi. Etiraf edək ki, həmin qərar qüvvəyə minəndən bəri gecə saatlarında avtobusların sərnişindaşıma ilə məşğul olması nadir hallarda müşahidə olunub. Və müşahidə olunduğu təqdirdə də, müvafiq dövlət qurumları tərəfindən qarşısı alınıb. Lakin deyilənə görə, bu qərar Qusar Avtovağzalında keçərli deyil. Qeyd etdiyimiz kimi, şəhərlərarası sərinişindaşımanın ən son müddəti saat 19:30 nəzərdə tutulsa da, sözügedən Qusar Avtovağzalında axşam saat səkkiz radələrindən sonra da həyata keçirilir. Əldə edilən digər məlumtlara əsasən, avtovağzal ərazisində minik maşınlarının dayanması üçün də sürücülərdən "haqq" istənir. Bundan başqa deyilənə görə, kassadan bilet alan zaman, avtobus sürücüləri narazılıq edirlər. Yəni ki, hansısa avtobusa minən zaman, sürücülər birbaşa onlara pul verilməsinin tərəfdarıdırlar. Səbəb isə, sürücülərin avtovağzalla müqavilə bağlamasıdır. Yəni kassadan ucuz qiymətə bilet alınmasın. Şikayət edilən digər bir məsələ isə, avtobusların alt əşya hissəsindəki depo ilə bağlıdır. Ora sərnişinlərin əşyaları yığılmalı olduğu halda, amma vəziyyət tam başqadır. Belə ki, sürücülər əşya yerinə hansısa rayonda, kiməsə çatası olan qaz balonları, kartof, soğan və digər şeyləri doldururlar. Sərnişinlərin əşyalarını isə, oturacaqların arasına yığırlar. Elə şərait yaranır ki, normal hərəkət etmək olmur. Daxil olan şikayətlər bunlarla da bitmir. Sakinlər iddia edirlər ki, Qusar Avtovağzalına daxil olmaq istəyən hər bir sürücünün əli cibində olmalıdır. Belə ki, avtovağzalın girəcəyinə qanunsuz şəkildə şlaqbaum qoyulub ki, əksər hallarda narazılıqla nəticələnir. Deyilənə görə, avtovağzala daxil olan hər bir maşın istər sərnişin götürmək üçün, istərsə də, hansısa qohumu yola salmaq üçün hər biri 50 qəpik pul ödəməlidirlər. Əks halda giriş mümkün deyil. Bildiyimiz kimi, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda taksi sürücülərindən pul alınır və çek verilir. Deyilənə görə, xüsusi maşınla əraziyə daxil olmaq və çıxmaq üçün heç bir halda pul yığılmır. Lakin bu gün redaksiyamıza daxil olan şikayətdə Qusar Avtovağzalında əməlli-başlı qanun pozuntusuna yol verildiyi görünür. Bundan başqa, Avtovağzal ərazisinin də hədsiz dərəcədə zibilli və baxımsız olması daxil olan şikayətlər sırasındadır. Əgər avtovağzala daxil olan hər avtomobildən 50 qəpik yığılırsa, o zaman nə üçün təmizliyə, səliqə-sahmana da əməl edilmir? Bir sözlə, bu gün Qusar Avtovağzalı araşdırılmalı və həlli istiqamətində ciddi şəkildə tədbirlər görülməlidir.