Şahin Məmmədov kimdən və niyə qorunur (FOTOLAR)
1-08-2015, 16:22
Oxunub: 4 506
Yeni villanın tikintisi, döşənməsi və həyətindəki nadir ağaclar icra başçısına yarmı milyon manatdan atrıq vəsaitə başa gəlib
Ağcabədinin icra başçısı Şahin Məmmədov Ağcabədi şəhərində, Heydər Əliyev Mərkəzinin arxasında tikdirdiyi yeni villasına köçüb. Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbə bildirir ki, yeni villanın tikintisi, döşənməsi və həyətindəki nadir ağaclar icra başçısına yarmı milyon manatdan atrıq vəsaitə başa gəlib. Mənbə qeyd edir ki, icra başçısı hazırda yeni villasına köçüb və villanın qarşısında 24 saat polislər keşik çəkir. Villaya ev sahibinin icazəsi olmadan heç kim yaxınlaşa bilmir.
Villanın şəklini AzMedia.info-ya yollayan mənbə bildirir ki, polislər villanın qarşısında dayandığı üçün villanın qarşıdan şəkilini çəkmək mümkün olmayıb. Elə ona görə də villanın arxa hissəsinin şəkilini çəkərək saytımıza yollayıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında dövlət məmurlarının öz vəzifələrindən sui-istifadə etmələrindən və dövlət vəsaitlərini talan etmələri ilə bağlı siqnallar almasıyla bağlı məməurlara və icra başçılarına xəbərdarlıq edib. Belə görünür ki, bir çox məmurlar hələ də ölkə prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmırlar. Hər halda Ağcabədinin icra başçısı Şahin Məmmədov bu yeni villasını hansı gəlirləri ilə tikdirməsinə açıqlıq gətirməsi bir çox qaranlıq sualların ortadan qalxmasına səbəb ola bilərdi. Digər tərəfdən icra başçısının öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək öz qapısında 24 saatlıq polis postu yaratması heç bir məntiqə sığmır. Belə çıxır ki, icra başçısı dövlətin polisindən qeyri-qanuni olaraq özünün şəxsi mühafizəsi üçün istifadə edir.
Birdə, əgər icra başçısı rəhbərlik etdiyi vətəndaşlardan niyə qorunmalıdır? Maraqlı sualdır və təbii ki, Şahin müəllim bu suala cavab versəydi, minnətdar olardıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər