İcra başçısı hicaba qadağa qoyub? - Şikayət
19-10-2015, 16:29
Oxunub: 2 024
Maraqlıdır, Lütvəli Babayev İslamdan bu qədər qorxursa və hicaba bu qədər nifrət edirsə, onda Həcc ziyarətinə hansı məqsədlə gedib?
Bir qrup Zərdab sakini tərəfindən azinforum.az-a müraciət daxil olub.Bolgexeber.com xəbər verir ki, icra hakimiyyətinin başçısı Lütvəli Babayevin əməllərindən bəhs edilib
”Lütvəli Babayev şəhər 1 saylı orta məktəbində iclas zamanı, direktorsuz qalmış məktəbin problemlərini müzakirə etmək əvəzinə iclasboyu hicabdan danışıb. Rayondakı hicablıları, dindarları “asıb-kəsib”. Qəti şəkildə bildirib ki, hicablı müəllimlər və şagirdlər məktəbə buraxılmayacaq, ya onlar ərizələrini yazıb könüllü şəkildə məktəbdən çıxacaqlar, ya da məcburi qovulacaqlar. O, bu işi Zərdab RİH-in işçisi Murada tapşırıb. Göstəriş belə olub: Murad səhər 07.30-dan gəlib məktəbin qarşısında dayanacaq və hicablıları məktəbə qoymayacaq. Qarşı çıxanı isə Babayevin yanına göndərəcək”.
Məktubda ardınca deyilir: “Lütvəli Babayev bu fikirlərini demək olar ki, hər iclasda, hər tədbirdə səsləndirir, hicablıları hicablarını açmayacaqları təqdirdə işdən azad edəcəyi ilə hədələyir . Maraqlıdır, Lütvəli Babayev İslamdan bu qədər qorxursa və hicaba bu qədər nifrət edirsə, onda Həcc ziyarətinə hansı məqsədlə gedib?
Yox, əgər o RİH başçısı olaraq qərar verirsə, hansı haqla ölkə prezidentinin göstərişinə, fikrinə qarşı çıxır? İlham Əliyev xarici mətbuata verdiyi müsahibələrində dönə-dönə “Biz heç bir yerdə hicaba qadağa tətbiq etmirik. Bizdə qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf etmək hüququna malikdir. Və bu istənilən adamın hüququdur”–deyirsə, Lütvəli Babayevin bu mövzuda yersiz canfəşanlığı başadüşülən deyil”.
Sakinlər yazır: “Yaxşı olar ki, dərsə məktəbli formasında gəlməyən şagirdlərin təmirsiz, istilik sistemi olmayan məktəblərin dərdini çəkəsiniz. Hicablıdan heç kimə zərər gəlməz.
Allahdan qorxun və Azərbaycanın Prezidentinin razılığı olmayan şeylərə qərar verməyin. Rayonun dindarları və hicablıları imza toplayırlar ki, sizin “hicab qadağa”nıza görə apardığınız “fəaliyyətdən” Prezident İlham Əliyevə şikayət etsinlər”.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət