BolgeXeber.Com » Bölgə » Rayonun baş memar ağsuluları necə incidir?

Rayonun baş memar ağsuluları necə incidir?

9-05-2013, 17:05
Oxunub: 5 077 Rayonun dükan yerləri əllərindən alınanan sakinlər 4 ildir ki süründürülür

Ağsu rayonunda dükan yerləri əllərindən alınmış ticarətçilər göndərdikləri şikayət məktubunda problemlərdən cana doyduqlarını yazırlar. “Belə ki, 2009-cu il dövlət başçısı İlham Əliyevin Ağsuya səfəri zamanı “abadlıq” işləri adı ilə rayonun əsas yollarının kənarında bir qrup sakinlərə məxsus dükan yerləri yaşıllıqla örtüldü. O vaxt Ağsu rayon İcra Hakimiyyətinin əməkdaşları dükan sahiblərinə vəd verdi ki, prezidentin səfəri başa çatandan sonra öz yerlərində fəaliyyət göstərə bilərlər. Verilən vəddən 4 il keçsə də məsələ həll olunmayıb”.
Şikayətçi bildirir ki, iki dəfə icra başçısının qəbulunda olub: “İcra başçısı da rayonun baş memarı Xanlar Hüseynova tapşırıq verib ki, ticarətçilərin problemini həll etsin. Rayonda boş torpaq sahəsi olsa da Xanlar Hüseynov sakinlərə şərait yaratmır və “boş yer yoxdur” deyir. Halbu ki, rayonda məmurların istədiyi zaman yer almaq imkanları olsa da, sadə vətəndaşlar üçün maneələr yaradılır. Ağsuda həqiqətən də Xanlar Hüseynov problemi var və o, əhali arasında böyük narazılıq yaradır”. bizim yol