İcra başçısının başqan problemi
11-05-2013, 09:15
Oxunub: 5 403
Mahmud Quliyev yeni kampaniya başladıb
Bir müddət əvvəl Müsavat başqanı İsa Qəmbəri Cəbrayıl rayonundan olan seçicilərlə görüşəcəyi təqdirdə döyülməklə hədələyən sözügedən rayonun icra başçısı Mahmud Quliyev çox ciddi problemlər yaşayır. Bu barədə hökumət içindəki qaynaqlar xəbər verib.
Bildirək ki, Mahmud Quliyev İsa Qəmbəri döydürəcəyini rəsmən açıqlamışdı. Amma sonradan məlum oldu ki, icra başçısı heç nə edə bilməyib və İsa Qəmbər rahatlıqla Cəbrayıl sakinləri ilə görüşüb. Görünür, Mahmud Quliyev Müsavat başqanının Lənkəran səfəri zamanı baş verən insidentdən ruhlanıbmış.
Amma bu ruhlanması ona baha başa oturub. Məlumatlı mənbə DİA.AZ-a bildirib ki, məsələ ilə əlaqədar «yuxarılar» tərəfindən ciddi şəkildə danlanılan Mahmud Quliyevə vəziyyəti düzəltməsi qəti şəkildə tapşırılıb: «Buna görə də Mahmud Quliyev Müsavat partiyasının üzvü olan Cəbrayıl sakinlərinin siyahısının tərtib olunması üçün RİH işçilərinə tapşırıq verib. Bununla yetinməyən icra başçısı guya ki, öz aləmində vəziyyəti düzəltməyə də çalışıb. Ayrı-ayrı müxalifət və müstəqil mövqeli qəzetlərə özünün İsa Qəmbərin əleyhinə olan hazır müsahibəsini də göndərib».
Təbii ki, icra başçısının bu müsahibəsini heç bir mətbu nəşr dərc etməyib. Və bu da başçının davam edən «başqan problemi»ndən hələ çox çəkəcəyini anons etməkdədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər