BolgeXeber.Com » Bölgə » Füzuli Ələkbərovun nazirliyində növbəti korrupsiya faktı - VİDEO
Füzuli Ələkbərovun nazirliyində növbəti korrupsiya faktı - VİDEO
11-05-2013, 14:50
Oxunub: 5 854Kəlbəcərli köçkünün ünvanlı sosial yardımını mənimsəyən nazirlik əməkdaşı ifşa olundu Ötən il Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının 817 kasıb insana çatacaq müavinət və sosial yardımları mənimsədiklərini üzə çıxarmışdı.Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü Ələkbərov Misir Vəli oğlu video müraciət edib. Müraciətdə ƏƏSMN-nin Kəlbəcər rayon şöbəsinin müfəttişi Faiq Hüsü oğlu Əhmədov 2010-2011-ci illərdə ailəsinə dövlət tərəfindən verilməli olan Ünvanlı sosial yardım (ÜSY) pulunu tam həcimdə mənimsənildiyi iddia olunur. Kəlbəcərli köçkün ƏƏSMN-nin Kəlbəcər rayon şöbəsinin müdri Əli Qələndərova çox saylı müraciət etdikdən sonra yuxarı da adı çəkilən Faiq Əhmədov onun ÜSY kartını özünə qaytarır. Köçkün Kapital Bankın Gəncə filalından ünvanlı yardımını alarkən “Bankomat” çekində bundan əvvəl 540 azn pulun çıxarıldığı üzə çıxıb. Bundan sübhələnən məcburi köçkün Kapital Bankın Gəncə filalına müraciət etdikdən sonra məlum olub ki, müfəttiş Faiq Əhmədov 2010 və 2011-ci illər dövlət tərəfindən vətəndaşa vermiş olduğu illər üzrə cəmi 708 manatını mənimsəyib. Ələkbərov Misir müfəttişdən və ƏƏSMN-nin Kəlbəcər rayon şöbəsin müdri Əli Qələndərovdan dövlətin ona vermiş olduğu vəsaiti geri tələb etsədə ona "hara əlin uzundur get şikayyət et" cavabı verirlər. Bundan sonra əlacsız qalan Kəlbəcər köçkünü Prezidentə, ƏƏSM-i nazirliyinə və Baş prokurorluğun yanında “161” xidmətinə müraciət edib. Məcburi köçkünün video müraciətini təqdim edirik: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. avropa.info