Ağcabədi şəhərinin əhalisi içməli su tapmır
16-05-2013, 15:35
Oxunub: 5 082
Ağcabədi şəhərinin əhalisi içməli su sarıdan əziyyət çəkir. Bu barədə şəhər sakinləri musavat.com-a məlumat veriblər.
Onların sözlərinə görə, əvvəllər şəhərə Qarqar çayından su kəməri vaistəsi ilə su gəlirdi. Sovet dönəmində hətta mərkəzi küçələrdə səkilərin kənarında xüsusi su krantları olub ki, yolla gedən insanlar bundan istifadə ediblər.
Məlumatda bildirilir ki, Ağcabədi rayon İH-nin başçısı Şahin Məmmədov Qarqar çayından şəhərə gələn 18 kilometrlik su kəmərinin çuqun borularını satdirib. Şahin Məmmədovun apardığı “boru əməliyyatı”ndan 330 000 dollarından irəli düşdüyü güman olunur.
Qeyd olunur ki, onun və digərlərini pula bu dərəcədə hərisliyinin ucbatından Ağcabədi şəhərinin əhalisi içməli su tapmır. Əhali içməli su əldə etmək üçün ya nəqliyyat vasitələrindən istifadə etmək ya da minik vasitələri və su çənləri ilə su gətirib satanların xidmətindən istifadə etmək məcburiyyətində qalır.
Hazırda Ağcabədi əhalisinə verilən suyun tərkibi imkan vermir ki, ondan içməli su kimi istifadə olunsun. Bu su içməyə yaramır, bulanıq olur, su ilə müxtəlif su heyvanları gəlir. Verilən su nəinki içməyə, heç qab-qacaq, paltar yumağa belə
yaramır. Ondan içməklə insanlar həyatlarını riskə atırlar. Yuxarı
Qarabağ suvarma kanalından gələn sudan ancaq əkinləri suvarmaq məqsədi ilə istifadə etmək olar. Ağcabədi əhalisinin su ilə təmin edən su kanal idarəsi əvvəllər verdikləri suya görə bildirişlərində qeyd edirdilər ki, əhali işlətdiyi içməli suya görə borclarını 15 gün muddətinə ödəməlidirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər