Bərdənin icra başçısı sahibkarın obyektini, evini uçurub
17-05-2013, 10:20
Oxunub: 5 423
Vidadi İsayev sahibkarın obyektini, evini uçurub, məhkəmə qətnaməsinin icra olunmasına da imkan vermir
Bərdə rayonunda fəaliyyət göstərən “Heydər- Baba” İstehsal - Kommersiya Firmasının sahibi Bağırov Elman Məmməd oğlu icra başçısı Vidadi İsayevin tərəfindən müflisləşdirilməsi barədə qəzetimizə müraciət edib. O, 21 il ərzində yaratdığı, milyonlarla qiyməti olan istehsalat müəsissəsinin icra başçısı tərəfindən dağıdılığını deyib. Məhkəmə sahibkarın xeyrinə qətnamə çıxarsa da Bərdənin icra başçısı onun icra olunmasına imkan verilməyib: “Mənim biznesimlə bərabər ev-eşiyimi də məhv edib. Bu gün acınacaqlı vəziyyətdə yaşayıram. Doğulub boya-başa çatdığım rayonda olan evimi də uçurub. Hazırda ailəlikcə köçkün kimi Bərdənin Baytarlıq idarəsinə məxsus olan binada məskunlaşmışıq. İcra başçısı bizə bu zülmü ona görə yaşadır ki, Bərdənin mərkəzində olan qiymətli torpaq sahəmi ona verim. Dövlət ehtiyacı adı altında aparılan söküntü işləri Mülki Məcələnin 157.9-cu maddəsinə əsasən aparılmalı idi. Bu maddənin tələbi pozulub və əmlakım dağıdılaraq torpağım zəbt edilib».
Qeyd edək ki, Gəncə şəhər Auditor təşkilatının rəyinə əsasən, Bağırov Elman Məmməd oğluna məxsus sökülmüş mağaza binasına 383.450.581 manat AZN dəyərində qiymət qoyulsa da cavabdeh olan Bərdə rayon İcra Hakimiyyəti Məhkəməyə təzyiq edərək mülkün 10000 min manat dəyərində olduğu barədə qətnamə qub etdirib.S ahibkara dəyən maddi ziyan Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən ödənilməsi barədə çıxarılan qətnaməni icra olunmasına icra başçısı Vidadi İsayev imkan vermir. Sonda Bərdəli sahibkar Ədliyə Nazirliyinin onun barəsində çıxarılmış olan iş №2-2(84)-10/2011-ci il 18.02.2011-ci il tarixli qətnaməsinin icra olunmasını xahiş edir. bizimyol
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər