BolgeXeber.Com » Bölgə » İcra müavini öz qohumunu bu dəfə necə qoruyacaq?

İcra müavini öz qohumunu bu dəfə necə qoruyacaq?

17-05-2013, 14:00
Oxunub: 5 271 Bildiyiniz bir neçə gün bundan əvvəl Bolgexeber.com-un poçtuna daxil olan, Ağcabədidə məskunlaşan bir qrup Laçın rayon məcburi köçkünləri adından şikayət məktubu əsasında yazı dərc olunmuşdur. Yazıda Ağcabədi rayon İcra başçısının müavini Əbülfəz Tapdıqov və “Meşə Mühafizəsinin” müdiri Müzəffər Cəfərovun birləşib öz məmur səlahiyyətlərindən istifadə edərək 10 nəfər 6 maşın və 1 traktor ilə 1992-ci ildən məskunlaşan Laçın rayon məcburi köçkünlərinin yaşayış yerlərini traktorla uçurdulması və köçkünlərin evsiz eşiksiz qoyulması öz əksini tapmışdır.Xatırladaq ki, məcburi köçkünlər müvəqqəti olraq icarə götürdüyü torpaqlarda və yaşadığı obalarda 10.000 (on min)-dən artıq ağac əkdiklərini ,Müzəffər Cəfərovun isə qrunt sularının qabağını kəsib əl ilə əkilmiş meşə zolaqlarını tamamilə məhv edərək onu otlaq sahəsinə çevirməsini bildirmişdilər. Bolgexeber.com-a daxil olan məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə reaksiya vermişdir və artıq əməkdaşlarını əraziyə göndərərək “Meşə Mühafizəsi”-də yoxlamlara start vermişdir.Mənbə bildirir ki,“Meşə Mühafizəsinin” müdiri Müzəffər Cəfərovun etdiyi qanunsuzluqlara görə həbs olunması da istisna deyil. Başqa bir məlumata görə isə öz qohumunun qanunsuz əməllərini ört-basdır etmək istədiyinə görə Ağcabədi rayon icra hakimi Şahin Məmmədov mmüavini Əbülfəz Tapdıqovu danlayıb. Görəsən bu dəfə Əbülfəz Tapdıqov öz qohumunu necə müdafiə edəcək?