1941-45- i xatırladan Şabran-FOTO
17-05-2013, 16:00
Oxunub: 5 635
Şabran sakinləri rayonun yollarının həddindən artıq bərbad olmasından dad edirlər.Onların bildirdiyinə görə hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülsə də nə köhnə icra hakimləri,nə də indiki icra başçısı Novruz Novruzov rayonda ciddi abadlıq işləri aparmır,şabranlıların problemləri ilə demək olar ki,marqlanmır.
Rayonda olarkən həqiqətən əmin olduq ki, Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir.Kəndlər arası yollardan isə ümumiyyətlə danışmağa dəyməz. Stansiyaya yaxın Füzuli və Nizami küçələri normal adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, pessimist ruhlu boz və yeknəsaq mənzərələri xatırladır.Bu baximdan müharibədən kino çəkmək istəyən kinostudiyalarimiz təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə tam uğurla Şabranı seçə bilər.
Rayonun büdcəsinə Şabranın inkişafə üçün keçən il dövlət büdcəsindən 7 milyon manatdan çox pul ayrılsa da onun Şabran xərclənməsi qətiyyən hiss olunmur. Rayonda neçə müddətdir içməli su xətti və kanalizasiya borularının çəkilişinə başlanılsa da işlərin nə vaxt sona çatacağı məlum deyil.Bu xəttlərin istifadə verilməməsi bir yana qalsın,işlərin nöqsanlı aparılması səbəbindən çəkilən boruların üstü tez-tez açılır deyə yollar hər dəfə təzədən dağıdılır.Bir sözlə xəttlərin çəkilişi açı bağırsaq kimi uzanır və çox güman ki, çəkilən xərc də süni surətdə artırılır.Şəhərin yalnız bazara yaxın olan mərkəzi hissəsində bir balaca həyat, sivilizasiya əlamətləri bilinir və o əraziyə bir balaca əl gəzdirilib.Rayonun qalan hissəsi sivilizasiyadan uzaq bir məkanı xatırladır.Adi elementar aptek nədi, o da rayonda tək-tükdür.
Sakinlər bildirdilər ki, yolların bərbad olması səbəbindən onlar yayda toz-torpaqdan,qışda isə palçıqdan əziyyət çəkirlər. Qeyd edək ki,şabranlıların dərdi təkcə yol dərdi deyil. Qaranlıq düşən kimi rayonda həyat sönür,işıq dirəkləri olsa da,işıqlanma olmadığından, icra hakimiyyətinin binasının yanı istisna olmaqla küçələr zülmət qaranlığa qərq olur.Rayonda ictimai nəqliyyat da problemdir,günortadan sonra əksər marşrutlar işləmir və sakinlər bundan çox əziyyət çəkirlər.Üstəlik şəxsi maşını olmayanlar ya taksidən istifafədə etmək məcburiyyətində qalırlar ki,bu da artıq xərcə çevrilir,ya da piyada getməli olurlar.
Şabranda dəhşətli işsizlik hökm sürür. Bu səbəbdən rayon gənclərinin əksəriyyəti çörəkpulu dalınca Rusiyaya,Ukraynaya,Bakıya üz tutub.Qalan gənçlər isə ya çayxanalrda vaxtını keçirir,ya da yerdə qalan şabranlıların əksəriyyətinin üz tutduğu dəmiryolunda çox aşağı maaşa işləmək məcburiyyətindədir. Rayonda yeganə böyük müəissə olan "Dəvəçi broyler"də maaş yaxşı halda, 200 manatdan yuxarı deyil.Şabranlılar bildirirlər ki,onların yeganə deputatı Tahir Süleymanov şabranlılara yox , ancaq özünə xidmət edir.
Deputat da kənçilərinin problemləri ilə qətiyyən marqlanmır.Yalnız dövlət tədbirlərində,ya da rayona prezident,ya da başqa sanballı qonaq gələndə rayonda görsənir.Şabranlılar bu deputatın nə vaxtsa Şabranın problemlərini bircə kəlmə ilə belə dilə gətirilməsinin hələ şahidi olmadıqlarını bildirirlər.Qeyd edək ki, Tahir Süleymanovun Şabranda “Günel” şadlıq evi , böyük bir dəyirmanı,bir neçə müəissəsi var.Bunlar hələ şabranlıların bildikləridir.Şabran bəllkə də Azərbaycanın Şimal zonazında ən geridə qalmış və kasıb rayon sayılır.Şabranda evlərin əksəriyyətinin köhnə, qədimi və çox sadə olması da buna sübutdur.
Kasıbçılıq o həddədir ki, adamların bir çoxları hər gün elektrik qatarı ilə o baş-bu baş 6 saat yola sərf edərək Bakıya,Sumqayıta qatıq,süd və digər ağartı məhsulları gərirərək satırlar və bundan cəmi 5-6 manat qazanc əldə edirlər.Şabranlıların əksəriyyəti borc,nisyə hesabına yaşayır və çoxunun banklara borcu xirtdəyəcəndir. Əgər əvvəllər qadınların çoxu bu zonada əzəldən yayılmış xalçaçılıqla məşğul olurdularsa.Hal-hazırda rayon üçün ənənəvi olan bu sahə də artıq iflasa uğrayıb.Çünki qız-gəlinlərin min-bir əziyyətlə gözlərinin nurunu verərək toxuduqları xalçalara sərf etdikləri əməyə çox az qiymət veirlər. Məsələn, kənd sakini 16 yaşlı Aybəniz bildirir ki, bir xalçanı kollektiv surətdə təxminən ayyarıma toxuyur və bu ağır işin müqabilində uzağı 200-250 manat alır ki, bu da zəhmətinə görə çox aşağıdır.
Bir sözlə sosial problemlər məngənəsində sıxılan şabranlıların dərdlərinin sayı-hesabı yoxdur...
Onu da qeyd edim ki, telekanallarımızda tez-tez regionlarımızda inkişafa dair göstərilən kadrlar göstərilir. Mən paroanormal hadisələrə şübhə ilə yanaşsam da Şabranda olduqdan sonra orada şahidi olduqlarımdan belə qənaətə gəldim ki, bizdə Azərbaycanda paralel dünyalar mövcuddur.
Məsələ orasındadır ki, yolum hansısa rayonumuza düşəndə oralarda gördüklərimlə o telekanallarda, adı göyçək, özü eybəcər əksər mətbuat orqanlarında tərənnüm edilənlər bir-birinə uyğun gəlmir. Mən bildiyimə görə həqiqət bir cür olur. Ancaq bizim halda həqiqət sayca birdən ikiyə qalxır. Belə çıxır ki, həqiqət yalnız İcra Hakimiyyəti binalarının yaxınlığındakı səliqəli küçələrdən, musiqili fontanlardan, əsas atributu çayxana və kafelər olan bir-birinə oxşar parklardan ibarətdir. Arada kanallarda Sumqayıt, Bakı, hansısa başqa bir şəhərimizin gecələri haqda reklam roliki kimi tez-tez fırladılan romantik məqamlar: həzin musiqi sədaları altında göstərilən ürəkaçan fontanlar, işıqlı küçələr, göz oxşayan arxitektur tikililər, o baş- bu baş qayğısız gəzişən xoşbəxt çöhrəli insanlar adamda xoş hisslər oyadır... Ancaq həmin telekanalların niyyətindən fərqli olaraq elə bir küçə o tərəfə keçmək kifayət edir ki, mənzərə 180% dəyişsin. Daha doğrusu, həmin şəhər və kəndlərimizin gözdən uzaq (oxu: telekanallarımızın qeyri-obyektiv obyektivliyindən uzaq) küçələri, prospektləri, inzibati binaları, yöndəmsiz dəmir ticarət köşkləri, ictimai ayaqyoluları normal adama daha çox atılmış,yaddan çıxmış yerləri xatırladır.
Ancaq bütün bunlara rəğmən çox şeyi adətən yaxşıya yazmağa çalışan adam kimi fikirləşirəm ki, əlbət şəhər və rayonlarımızın hərəsindən (Qarabağdan başqa) ən azı iki dənədir. Yəni şəhər və qəsəbələrimizin dublikatlarından biri mən gördüyüm, o birisi isə telekanallarımızın gördüyüdür. Çünki o boyda (əslində hər şey boy ilə ölçülmür) telekanallarımız yalan danışmayacaq ki?!
Nihat
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər