İcra başçısı sahibkarın pulunu alıb qaytarmır-Foto
18-05-2013, 11:05
Oxunub: 5 531
Lütfəli Babayevin “qurbanları” Prezident Administrasiyasına yürüş edəcəklər
“İcra başçısı bizi aksiya keçirməyə vadar edir”
Dünən Zərdab rayon sakini Fəqan Nəsibov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev tərəfindən aldadılması ilə bağlı növbəti dəfə mətbuat konfransı keçirdi. Aldadılan şəxsin nümayəndəsi Vüqar Poladov bildirdi ki, vətəndaş Fəqan Nəsibov baş verən hadisə ilə bağlı çox ciddi psixoloji gərginlik içindədir: “Fəqan Nəsibovun qanuni tələbləri yerinə yetirilməzsə, məcbur olub digər vasitələrə əl atılacaq. Bunun üçün şəhərin müxtəlif yerlərində piket keçirmək və Lütfəli Babayevin xüsusi hazırlanmış şəkillərinin vurulması nəzərdə tutulub”.

Fəqan Nəsibov özü də qeyd etdi ki, artıq baş verən olayı danışmaqdan bezib: “Hətta bəzi vaxtlar öz hərəkətlərimi belə tənzimləyə bilmirəm. Maraqlıdır ki, biz nə vaxta qədər konfrans zalında olan qara stollara şikayət edəcəyik. Adi bir vətəndaş kimdənsə pul alıb qaytarmayanda, polisə şikayət verilən kimi, dərhal tədbir görülür, hətta bəzi vaxtlar həmin şəxs həbs olunur. Amma icra başçılarına gələndə isə qanun işləmir. Əgər Lütfəli Babayev sübuta yetirsə ki, məndən aldığı 65 min dolların yarısını Heydər Parkının təmirinə xərcləyib, mən onda pulun 70 faizini ona bağışlayacam. İcra başçısı Prezident İlham Əliyevin sahibkarlarla bağlı göstərişlərinə heç bir məhəl qoymur. Bundan öncəki mətbuat konfransında kifayət qədər ciddi məlumatlar səsləndirməyimizə baxmayaraq, bir nəfər də olsun çıxıb soruşmadı ki, “ay bala, sən kimsən, nəçisən?”. Deməli bunlar susmağı seçiblər ki, bəlkə nəyəsə nail oldular”.
Zərərçəkən yaxın günlərdə xarici və yerli jurnalistlərin iştirakı ilə sonuncu və xəbərdaredici mətbuat konfransı keçirəcəyini də vurğuladı: “Əgər yenə də icra başçısının aldadaraq məndən aldığı pul qaytarılmazsa, iyun ayının 3-də Fəxri Xiyabanın qarşısından Prezident Administrasiyasına qədər, yaxın adamlarımla birgə piket keçirəcəm. Bakı Şəhər İcra Hakimiyyətinə piketlə bağlı müraciət etməyimə baxmayaraq, hələ də cavab verilməyib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər