Nazirin adamı kitabxananı böyrü üstə yıxıb
18-05-2013, 16:35
Oxunub: 4 879
Təmir-tikinti departamentinin rəisi kitabxananı böyrü üstə yıxdı
Ölkə başçısı bir neçə il bundan öncə kitabxanaların bərpası haqqında xüsusi sərəncam versə də, Azərbaycan Dəmiryolu İdarəsi QSC-nin Gəncə təmir-tikinti departamentinin rəisi Çingiz Məmmədov Gəncədəki dəmiryolçuların mədəniyyət və istirahət parkındakı kitabxananı böyrü üstə yıxdı.
O, əvvəl kitabların rus və kiril əlifbası ilə yazıldığını bəhanə gətirsə də, sonradan məlum oldu ki, sən demə, onu maraqlandıran xalqın maariflənməsi üçün saxlanılan kitablar olmayıb, kitabxananın yerləşdiyi bina olub. O, əvvəl «Kitabxananı Prezidentin sərəncamına uyğun olaraq bərpa edəcəyəm» desə də, həmin binaya rəisi olduğu təmir-tikinti departamentinin Gəncə istiqamətindəki arxivini yerləşdirdi.
«Bir neçə il öncə Çingiz Məmmədov həmin böyük binanı həyat yoldaşının adına özəlləşdirdiyindən oradan arxivi sənədləri ilə birgə yerləşdirməyə yer tapmır…»
Beləliklə, kitabxana ləğv olundu. Yəqin ki, oxucuya maraqlıdır, bəs departamentin ən azı 75 il saxlanılmalı olan arxivi əvvəl harada yerləşdilib? Burada məsələ bir az qəlizləşir. Belə ki, arxiv əvvəl bütün sənədlərlə birgə yerləşirmiş Azərbaycan Dəmiryolu İdarəsinin Gəncədəki təmir-tikinti departamentinin binasında. Etibarlı mənbədən aldığımız məlumata görə sonradan, yəni bir neçə il öncə Çingiz Məmmədov həmin böyük binanı həyat yoldaşının adına özəlləşdirdiyindən oradan arxivi sənədləri ilə birgə yerləşdirməyə yer tapmayanda yada elə parkdaca yerləşən kitabxana düşür. Xatırladım ki, bu zəngin kitabxanadan vaxtilə bütün ərazi sakinləri istifadə edərdi. Kaş Prezidentin sərəncamına riayət olunaraq bu kitabxanada genişmiqyasda bərpa olunaydı. Ərazi sakinləri artıq uzun zamandı ki, özlərinin, övladlarının maariflənməsi və ya müasir texnologiyaya uyğun olaraq, hətta, kompyuter, ingilis, rus dili öyrənmələri üçün uzun məsafə qət edib şəhərin mərkəzinə yollanırlar. Lakin bu binaya gözü düşənlərin heç vecinə də deyil ki, bu ərazidə yaşayanlar hara gedəcək…
Yeri gəlmişkən, qocaman ağacların əhatəsində olan bu parkın illərcə səliqə-səhmanına baxanları da artıq yoxdur. Departament rəisi bunu Azərbaycan Dəmiryolu İdarəsinin ("ADY"QSC) büdcəsində park üçün xadimə, bağban saxlamaq üçün lazımi vəsait olmaması ilə izah edir. Yalnız iki il olar ki, tez-tez şəhərin ucqarlarına qədər əraziləri gəzərək sakinlərlə, onların yaşam tərzi, problemləri ilə yaxından tanış olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sayəsində ağaclar su, parksa təmizlik görür, özü də iməcilik sayəsində.
Təbii ki, parkın "ADY" QSC-yə aid olması onun vəziyyətini bir qədər qəlizləşdirir (Ölkə başçısının parklar və mədəniyyət evlərinin bərpası haqqında da xüsusi sərəncamı var). Amma məsələ ondadır ki, Çingiz Məmmədovun işlərinə müdaxilə edən kim? Etibarlı mənbədən onu da öyrəndik ki, bu rəis nəqliyyat naziri Ziya Məmmədova deyil, birbaşa Prezidentin İqtisadi məsələlər üzrə müşaviri Əli Əsədova arxalanır… Ona görə də Prezidentin kitabxanalar və onların bərpası haqqındakı sərəncamı bu parkda nəzərə alınmadı.
Yaxud da, fikirləşə bilərsiniz ki, Gəncədə arxiv sənədlərini saxlamaq üçün "ADY" QSC-yə məxsus boş bina və ya yer tapılmadı? Təbii ki, belə bina var idi, həm də iki mərtəbəli, onu Ç.Məmmədov yaxın dostunun üzündən keçə bilmədiyindən "Gəl çay içək" kafe-çayxanasına "icarə"yə verib, bəlkə də bağışlayıb. Bunu da araşdırırıq.
Ümumiyyətlə, insafla desək, dəmiryolçuların kitab oxumaq istəyi olsa, bir kitabxanası da var, lakin oradan yalnız lokomotivin işçiləri istifadə edə bilər, o da yerini bilsələr. Yəni kitabxana elə yerdə yerləşir ki, onun yerini heç maaş cədvəlində adı kitabxanaçı kimi gedən və illərlə işə gəlməyən "ADY"QSC-nin istehsalat üzrə rəisinin doğma bacısı belə bilməz, dəmiryolçu haradan bilsin? Həm də kitabxananın artıq çoxdan toz basmış kitabları ekoloji cəhətdən də insan sağlamlığına ziyan gətirər... (tezadlar)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər