“Reallığı görməmək qərəzçiliyin əlamətidir»
5-08-2013, 01:15
Oxunub: 5 030
Yardımlı rayon İcra Hakimiyyəti: “Bəzi KİV-lər tərəfindən irəli sürülən ittihamlarda cinayət tərkibi var»
Bir müddət bundan əvvəl bəzi saytlarda Yardımlı ilə bağlı bir sıra yazılar yayımlanıb. Həmin yazılarda rayonun icra başçısı Sevindik Hətəmovla bağlı müxtəlif ittihamlar irəli sürülüb. Yardımlı rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, saytın yazdıqları şər və böhtandan başqa bir şey deyil. Həmin münasibətdə vurğulanır ki, yazılarda adları keçən məmurların çoxusu vəzifəsindən azad olunub və ya başqa yerlərdə işləyirlər.
«Həmin saytların yazdıqları başdan-ayağa şər və böhtanla doludur. Əvvəla yazıda adları qeyd olunmuş şəxslərin böyük əksəriyyəti ya işdən çıxarılıb, ya da başqa yerlərdə işləyirlər. Bu məlumatları onlara ötürənlər bir neçə il bundan əvvəlki vəziyyəti təsvir etməyə çalışıblar. Mövcud vəziyyətdə isə qeyd olunanların heç biri həqiqəti əks etdirmir». İcra Hakimiyyətindən o da bildirilib ki, həmin saytların irəli sürdüyü iddiaların bəzilərində konkret cinayət tərkibi var.
«Məsələn, yazıda qeyd olunur ki, guya, Sevindik Hətəmov rayonda narkomafiyanı müdafiə edir və bunun müqabilində ildə 300 min dollar haqq alır. Əvvəla, bu gün Yardımlı rayonunda narktik ticarətinə qarşı kəskin mübarizə aparılır. Bunu son illər polisin həyata keçirdiyi əməliyyatlardan da görmək mümkündür. Digər tərəfdən, o saytların əlində hansı dəqiq faktlar var ki, icra başçısına qarşı belə ittiham irəli sürüblər? Üstəlik, bu saytların rəhbərliyi hüquqdan başı çıxmadığı üçün nə yazdıqlarını və onun məsuliyyətini də dərk etmirlər. Bu çox ağır cinayətdə ittihamdır ki, onun da heç bir əsası yoxdur və şərdən ibarətdir. Onların əllərində fakt varsa, ortaya qoysunlar. Daha bu şəkildə qeybətlə məşğul olmasınlar». Məlumatda daha sonra vurğulanır ki, Sevindik Hətəmov Yardımlıya başçı təyin olunandan sonra bir xeyli yenidənqurma və quruculuq işləri həyata keçirilib. «Bunlar görməmək və ya görməməzlikdən gəlmək qərəzçiliyin əlamətidir. Bu gün Yardımlıda hər kəs bilir ki, Sevindik Hətəmov əlindən gələni edir ki, rayon daha da abadlaşıb və gözəlləşsin»
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər