BolgeXeber.Com » Bölgə » Oğuzun icra başçısı haqda sensasion məlumatlar

Oğuzun icra başçısı haqda sensasion məlumatlar

5-08-2013, 12:55
Oxunub: 6 084 Eyvaz Qurbanovun bacısının əri evli qadınla ad çıxarıb, əmisi nəvəsi azyaşlı uşağı zorlamaqda ittiham olunur, bacısı oğlu isə yol kəsir…
gunxeber.com xəbər verir ki, Oğuz rayonunda icra başçısı Eyvaz Qurbanovun yaratdığı qohum-əqraba rejimi insanların canını boğazına yığıb. Bu barədə redaksiyamıza məlumat verən rayon sakinləri bildirirlər ki, artıq biabırçılıqlar son həddə çatıb.
Məlumatda deyilir ki, bir müddət əvvəl icra başçısının bacısı oğlu yük maşınlarının qarşısını kəsərək onlardan pul tələb edirmiş. Hətta bir dəfə sürücülərdən birinin qarşısını kəsərək ondan pul tələb etsə də, sərt cavab alır. Və bu da onun qüruruna toxunduğundan həmin sürücünün evinə gedərək, ona ailəsinin yanında təhqir etmişdi. Məsələni qabartmağa qoymayan icra başçısı bacısı oğlunun çulunu bir təhər sudan çıxarmışdı.
Amma özbaşınalıq o həddə çatıb ki, məsələ bununla da bitməyib. Rayon sakinlərinin verdikləri məlumatda daha sonra vurğulanır ki, E.Qurbanovun əmisi nəvəsi N.Əliyev rayonda azyaş lı oğlana təcavüz etsə də, hələ də cəzasız qalıb. Şikayətçilər deyirlər ki, həmin hadisədən sonra icra başçısının əmisi nəvəsi başının dəstəsi ilə zərərçəkəni və ailəsini döyərək, günahı onların üzərinə qoydular. Guya, şər atırmışlar. N.Əliyev isə işi tam ört-basdır etmək üçün 8000 manat verərək özünə yalançı şahidlər tutdurmaqla canını qurtarıb.
Dəhşətli hal odur ki, icra başçısı Eyvaz Qurbanovun digər qohumları da rayonda yol verdikləri qeyri-etik hərəkətlərinə görə günbəgün ad çıxarırlar. Oğuzdan gələn şikayətdə vurğulanır ki, hal hazırda rayonun Bucaq kənd icra nümayəndəsi işləyən Natiq Həşimov da onların sırasındadır. Belə ki, icr a başçısının bacısının ərinin artıq rəhbərlik etdiyi kənddə evli qadınlardan biri ilə ad çıxardığı deyilir.
Bundan başqa, bu yaxınlarda Oğuzda baş verən sel fəlakəti ilə əlaqədar icra başçısı keçirdiyi