BolgeXeber.Com » Bölgə » Bərdə rayonunda Vətən müharibəsi şəhidlərinin doğum günü qeyd olunmuşdur

Bərdə rayonunda Vətən müharibəsi şəhidlərinin doğum günü qeyd olunmuşdur

9-09-2021, 16:40
Oxunub: 3 776 08 sentyabr 2021-ci il tarixdə Bərdə rayonu Çəmənli kəndindən olan vətən müharibəsi şəhidi Allahverənov Məhəmməd Zöhrab oğlunun və Bərdə rayonu Cəyirli kəndindən olan şəhid Hümbətzadə Şahmuraz Əyyub oğlunun ad günü münasibəti ilə şəhidlərimizin ailələri ziyarət olunmuş, məzarları üzərinə tər gül dəstələri qoyularaq yad edilmişdir.
 
Bərdə rayonu Çəmənli və Cəyirli kəndlərində keçirilən tədbirlərdə Bərdə Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə, Millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, YAP Bərdə rayon təşkilatının nümayəndəsi Elmir Məmmədov, Asan xidmət mərkəzinin nümayəndəsi Şamxal Yaqubov, SHXÇDX-nin nümayəndəsi Samir Məmmədov , “Vətən Müharibəsi Veteranları” İctimai Birliy

inin sədri İsmayıl Rüstəmov, ”Qarabağ qaziləri” İctimai Birliyinin sədri Surəddin Səfərov və kənd ictimaiyyəti iştirak etmişlər.
 
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə hər iki şəhidimiz vətən müharibəsində göstərdikləri şücaətə görə “ Vətən uğrunda ” medalı ilə təltif olunmuşlar.
Tədbir iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açaraq 2020-ci ilin ölkəmiz üçün qələbə ili olduğunu qeyd ediblər. 
 
Ölkə prezidenti Cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşakarlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Qəhrəman Azərbaycan əsgərinin torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdurlar.
Şəhidlərimizin ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
 
Uca Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik!